adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MÜSADİR

MƏMMƏD DƏMİRÇİOĞLU
28461 | 2013-01-26 00:53
(əvvəli ötən şənbə saylarımızda)

1-cihekayət

3-cü yazı

Gərgin vəziyyətiiçəri girən dazbaş, yumrusifət özbəyin gəlişi aradan qaldırdı. Müsadir əliniarxasına apararkən onu müşayiət edən tubuteykalı özbək dərhal silahına əl ataraq onu Müsadirin başına tuşladı.Müsadir heç nəyə məhəl qoymadan pencəyinin arxa tərəfində gizlətdiyi çapacağıçıxararaq ortaya qoyulmuş masanın üstünə tulladı. Müsadiri nişan almıştubuteykalı özbək vəziyyəti belə görüb silahını aşağı endirdi. İçəri girəndazbaş özbək bir anlıq yerində donub qaldı. Müsadiri tanıdığından işin nə yerdəolduğunu anlayaraq üzünü Akbara tutub qırıq-qırıq səslə:

- Akbarəkə, çuxuru qazıb hazırlamışıq. Yəqin bu açqarik üçün hazırlanıb, - deyərəkaşağıdan yuxarı Müsadiri mənalı baxışlarla süzməyə başladı.

Akbar dazbaşı eşitmirmiş kimi üzünü yenəMüsadirə tutaraq dedi:

- Can şirin şeydi, deyilmi? Vaxtına çox azqalıb. Yeganə adamsan ki, mənə əl qaldırmısan. Səni asanlıqla öldürməyəcəm.Hansı cəzalarla ölməyini ağlına gətirsəydin qarşımda diz çöküb yalvarar,ayaqlarımı öpə-öpə üzr istəyərdin - deyib, Müsadirin masa üstünə tulladığıçapacağı əlinə alaraq baş barmağı ilə ağzının iti olub-olmadığını yoxlamağabaşladı. Özünü çox sərbəst aparan Müsadir əllərini sinəsində çarpazlayaraqamiranə bir səslə dilləndi:

- Akbar, mən kişi kimi kişi döyüşünə gəlmişəm.Sənin mərdliyinə güvənməsəydim bura tək gəlməzdim. Bu çaqqal-çuqallarınıyığışdır, mərd oğlu mərd olmağını sübuta yetir. Aslan savaşına aslanlar girər.Kişiliyin varsa onu sübut et, mənimlə təkbətək savaşa gir, ya öl, ya da öldur.Əks halda ömrün boyu vicdanın qarşısında nakişi kimi yaşayacaqsan.

Gözlənilməz halda şaqqanaq çəkibqəh-qəhə ilə gülən Akbar yenə Müsadirə yaxınlaşdı. Sonra tam ciddi bir görkəmalaraq var gücü ilə Müsadirin çiyninə vurdu, onu özünə tərəf çəkərək sinəsinə sıxdı.

- Doğrudan da Müsadirsən, afərin sənə! - deyibMüsadiri arxaya itələyərək sağ əlini ona uzatdı. Çaş-baş qalan cangüdənlərbir-birinə baxaraq bu komediyanın sonluğunu gözləməyə başladılar. Müsadir isətəxmin etdiyi fikrində yanılmamışdı.

Bütün gecəni var-gəl içində qovrulan Akbar dabelə qənaətə gəlmişdi ki, Müsadir qorxmadan tək gəlsə və sonacan iyidliyininümayiş etdirsə onu öldürməyib dostluq təklif etsin. Həm də çox gözəl bilirdiki, Müsadiri öldürmək asan olduğu qədər də cox çətin və qorxulu bir işdi.Yumruq kimi bir olan kavqazlıların qarşısında duruş gətirmək o qədər də asanbir iş deyildi. Odur ki, onunla dostluq müqaviləsi bağlamağa üstünlük verərəkona dost əli uzatmışdi.

XAKULABAD

Biz, ArifləÖzbəkistan mühitinə alışır, Namanqan vilayətinin rəssamları ilə tanışlıq qurur,Özbək nəqqaşlığının yaratdığı möcüzələrlə sehirlənir və zəngin koloritli Özbəksənətkarlarının sənət əsərləriylə daha yaxından tanış olurduq. Tavan və divarlarda"gəc" üslubunda oyma, yapma işləri, əlvan boyalarla zərif nəqqaşlıqəsərləri ilk günlər bizə möcüzələri xatırladırdı. Özbəkistanın tanınmış nəqqaşustalarından olan Madomin can əkə və onun yolunun davamçıları olan oğlanlarıilə dostluq əlaqələri yarada bildik və bir müddət onların dəstəsinə qoşularaqÜçkurqan, Andican, Yəngiabad və digər şəhərlərdə divar-tavan nəqqaşlığı iləməşğul olaraq, o ərazilərdə xeyli dostlar qazana bildik. Biz oz bacarıq vəbilgilərimizi nümayiş etdirmək üçün məqam və məkan axtarırdıq. Monumentalçılıqsənətini bilməyimizi Madomin can əkəyə söyləmişdik. O, günlərin birində biziXakulabad şəhərinə göndərərək söylədi ki, Xakulabada gedib rayonun üçüncükatibi Sanat Ziyayevnanı tapın, özünüzü təqdim edin və mənim adımı veribsöyləyin ki, monumentalçı rəssamlarsınız.

Bu xeyirxah, nurani insan qarşımızda bizigözləyən yollarımıza çiraq tutdu, onun təqdimatı ilə Xakulabad rayonu biziqəbul etdi və yeddi il həmin şəhərdə yaşayıb, yaratmağa başladıq

Raykom binalarının zəhmi çox ağır olur.Möhtəşəm, ağ binaya yaxınlaşdıqca, həyəcanımız da artmaqda davam edirdi.Arif boyca məndən çox uca olmağınabaxmayaraq, çətin məqamlarda məni ağsaqqal kimi qabağa itələyirdi və SanatZiyayevnanın qapısı ağzında, həyəcanlı anlarda qəbula girmə məsələsini də mənimboynuma qoyaraq:

- Oğlan,(çox zaman bir-birimizə belə müraciət edirdik) sənin dil qabiliyyətinmənimkindən yaxşıdı, sən düş qabağa, - deyib məni qapıya tərəf itələdi.

Bizi qapı ağzında görən Sanat xanım ayağadurub gülər üzlə bizi içəri dəvət etdi. Alçaqboylu, gülərüzlü Sanat xanım dolu bədənliolmasına baxmayaraq, çox yaraşıqlı bir xanım idi. Yaşı qırxı ötmüş olsa da,yumru yanaqları, ağ bənizi sanki işıq saçırdı. Adama elə gəlirdi ki, bu qadınheç vaxt qəmli, qüssəli dayanmaz, istəsə belə üzünün sərt ifadələrini göstərəbilməzdi.

İçimizdəki qorxu, həyəcan tamamilə yoxaçıxdı. O, bizim anlayıb, anlamayacağımıza məhəl qoymadan özbəkcə:

- Xoşgeldingiz. Madomin əkə sizier baredə menqə əytgən. Sizlər hakda xoş gəpiribressam bolqanizgi söyləgən. Bizlerqe ressam kerək. Şeherimiz çeraylikmi,bizlerqe birge işlersizmi?- deyərək, haradan, nə zaman gəlməyimizi soruşdu. Bizözbəkcə yaxşı danışa bilməsək də, ona anlada bildik ki, Bakıdan gəlmişik,rəssamlığın bütün növlərində işlər yapa bilirik. O isə Bakıdan gəlməyimizieşidəndə böyük həvəslə Bilgəh sanatoriyasında dincəlməyindən, Azərilərinqonaqpərvərliyindən ağız dolusu söhbətlər açıb, bizimlə xeyli söhbət etdi.Sonra bizi ikinci katibin yanına apararaq söylədi ki, sizi gərək MixayılNikolayeviçlə də tanışedim. O da şimali qafqazdan-Rostovdandı.

Qapını döyərək birinci özü içəri keçdi və azkeçmiş bizi də dəvət etdi. Ucaboylu, iri gövdəli, çox yaraşıqlı MixayılNikolayeviç Qribniçenko da ayağa qalxaraq qabağımıza yeridi və gülər üzlə biziqarşılayıb sorğu-suala başladı. Sanat xanım bizdən qabağa düşüb Qribniçenkoyaətraflı məlumat verdi, monumentalçı rəssam olduğumuzu söylədi. İkinci katib(qeyd edək ki, Sovet dönəmində İkinci katiblər milliyyətcə rus olur və deməkolar ki, birinci katiblərdən daha çox nüfuza malik olurdular. Bu ona görəydi ki,İkinci katib eyni zamanda birinci katibi nəzarətdə saxlayırdı.

-Takie dela, arlı, - deyərək MixayılNikolayeviç Xakulabadda qalıb işləməyimizə razı olduğumuzu bilib, Sanat xanımatapşırdı ki, qalacaq yerimizi, bizə ayrılacaq emalatxananı təşkil etsin.

Beləliklə tale üzümüzə güldü, qısa birzamanda "Kazarma" adlanan bir evi yaşamaq üçün bizə verdilər. Şəhərinmərkəz hissəsində yerləşən tərəvəzmağazalarından birini boşaldaraq həm ofis, həm də emalatxana kimi bizimixtiyarımıza verdilər.

Bu isə səbəbsiz deyildi. Sınaq işi kimiyenicə inşa olunmuş mədəniyyət evinin foye hissəsinin tərtibat işlərini bizəhəvalə etdilər. İri ölçülü divarda Əlişir Nəvainin "xəmsə"sindən bəhsedən mozaika işini qısa müddətə, uğurla başa vura bildik. Rəqs edən "Yeddigözəl" əsəri o qədər uğurlu alınmışdı ki, görənlər heyranlığını gizlədəbilmirdilər. Sanat xanım isə açılış tədbirində heyranlığını gizlədəbilmədən "dostlar, öz aramızdı,qızların hamısını Azəri qızlarına oxşatmısız" - deyərək bir az zarafat daetmişdi. Mixayıl Nikolayeviç isə işin dəyərini bizdən soruşmuşdu. "Buəsəri Xakulabad şəhərinə hədiyyə edirik"- dedik. Mixail Nikolayeviçqulaqlarına inanmırmış kimi bizi bütün tədbir iştirakçılarına göstərərək"vot Kavkazskie centlimennost"- deyərək elə bil bir az da fəxr hissikeçirmişdi. Düzünü deyim ki, ciblərimiz bom-boş olsa da, bu cəsarətli addımbizə çox uğur gətirdi. Mixayıl Nikolayeviçüzünü birinci katibə tutaraq:

- Nu, çto skajeş, Muxammedcan aka?

Ucaboylu,enlikürəkli, kor-kobud sifətli Muxammedcan əkə isə bizim hərəkətimizibəyəndiyini söyləyərək, "biz də öz ləyaqətimizi göstərərik" - deyərəkBank müdirini yanına çağırdı.g

Qısaca olaraq qeyd edək ki, hər ötən ay, ilyeni-yeni uğurlarla üzümüzə gülür, Namanqan vilayətində ən narahat rayon olanXakulabad şəhərində nifuzumuz, şan-şöhrətimiz günü-gündən artmaqda davamedirdi. O zamanlar dəbdə olan disqobarların interyer dizaynlarını yüksək zövqləişlədiyimizdən ətraf vilayətlərdən də arxamızca elçi düşürdülər. MixailNikolayeviç isə bizi "oğurlamasınlar" deyə az qala seyfində gizlətməkistəyirdi.

Şəhərin ən görkəmli yerində yüksək zövqləişlədiyimiz "Okean" restoranı o zaman üçün ən yüksək zövqlə işlənmişrestoran sayıla bilərdi. Mixayıl Nikolayeviç bizi o qədər sevirdi ki, həminrestoranı işlətməyi də özümüzə tapşırdı və Arifin boğazına"baboçka"taxıb restorana müdir təyin etdik. Amma şöhrətimiz artdıqcagizli düşmənlərimiz də artırmış. Banditizminə görə vilayətdə ad-san çıxarmışXakulabad şəhərinin lotuları təbii ki, bizim uğurlarımıza, böyük ad-san sahibiolmağımıza göz yumabilmir, ara-sıra sataşır, müəyyən bəhanələrlə bizi sındırmağa məqamlaraxtarırdılar. Amma bütün şəhər bilirdi ki, Mixail Nikolayeviç bizi çox sevir vəonun qorxusundan lotuların çoxu bizə toxunmağa cəsarət etmir, üzümüzə gülsələrdə niyyətlərini gizləyə bilmirdilər.

Mən gündüzlər emalatxanada olur, axşamlar isəşən musiqilərlə qaynayıb daşan restorana gəlib Arifin işlərinə kömək edirdim.İçəri girəndə Arifin görkəmi məni həyəcanlandırdı. Aldığı yumrud zərbəsindəngözünün altı qapqara qaralmış, sifətinini bir tərəfi şişmişdi.

- Kim vurdu səni? - deyərək soruşdum.

- Elə birşey olmayıb. Ayağım sürüşdü, yıxıldim və başım qapının tininə dəydi, - desə də,ab-havadan anladım ki, nə isə baş verib. Mətbəxə yaxınlaşıb içəri keçdim.Telefonla zəng etməli idim. Dəstəyi təzəcə qaldırıb zəng edirdim ki, mətbəxinqapısı zərblə açıldı. İcazəsiz, filansız içəri daxil olan ucaboylu, enlikürəklicavan bir oğlan nifrətli baxışlarla məni seyr edərək rişxəndlə gülümsəməyəbaşladı.

- Mengə senkerəksən, - deyib telefonun dəstəyini zorla dartıb əlimdən aldı.

(Ardı gələnşənbə sayımızda )

MəmmədDəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV