adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 May 2016 11:30
7014
GÜNDƏM
A- A+

Qəbiristanlıqlarla bağlı rəsmi qərar veriləcək

Məzarlıqlarla əlaqədar qanun layihəsinə Nazirlər Kabinetində baxılıb, düzəlişlər edilib.Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, hazırda ekspertlər düzəlişlər üzərində çalışır.

"Bu günlərdə Nazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib, qərar layihəsi üzərində aparılacaq işlər barədə əlavə tapşırıq verilib. Ekspertlər bu tapşırıq üzərində işləyirlər. Bu, qanun layihəsi yox, Nazirlər Kabineti tərəfindən məzarlıqlarla bağlı verilən qərar olacaq. Hazırda da Azərbaycanda məzarlıqların idarəçiliyi qanunlara, Nazirlər Kabinetinin qərarlarına əsaslanır. Sadəcə, bu qərarda yeniliklər olacaq”.