YOLU SONA ÇATMASA DA...

VAQİF YUSİFLİ
69141 | 2013-01-26 00:49
Keçən əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatının gənclik sırasına birsarışın saçlı qız da daxil oldu və o, elə ilk şeirlərindən özünü ədəbiictimaiyyətə tanıda bildi. Bu, ADU-nun filologiya fakültəsinin tələbəsi RüzgarƏfəndiyeva idi. Onun "Qaytar eşqimi" adlı bir lirik şeiri o zamanməşhur idi:

Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində sönən eşqimi.

1965-ci ildəilk şeirlərini universitet qəzetində dərc etdirən Rüzgar Əfəndiyeva oillərin gənc şairləri sırasında öz lirik, rübabi şeirləriylə diqqəti cəlbedirdi. İlk mətbu şeirləri ("Könülverərsənmi", "İstərəm") çoxtirajlı universitet qəzetində dərcedilmişdi və bundan sonra onun şeirləri dövri mətbuatda, ədəbi almanaxlardamüntəzəm çap olunmağa başlayır.

Üstündənillər keçir. Əsr də başa çatır. Rüzgar xanım yeni əsrə də öz həssas, duyğuluqəlbinin həzin çırpıntıları ilə gəlir. Və il yarım öncə o həzin çırpıntılarömrünü sona yetirir.

Doğrusu,Rüzgar xanımın qəfil ölümü məni də sarsıtdı. Sonuncu kitabı-"Yolgedirəm" onun iştirakı olmadan oxucuların müzakirəsinə verildi. Kitab çapahazırlananda o, sağ idi və Xalq şairimizFikrət Qoca o kitab da ön söz də yazmışdı: "40 ildən artıq birvaxtdır tanıdığım, istedadına, yazı üslubuna bələd olduğum şair RüzgarƏfəndiyevanın "Yol gedirəm" kitabına ön söz yazıram. Yəni mən heç buön sözü yazmasam da, Rüzgar xanım Əfəndiyeva 40 ildir ki, ədəbiyyatda bu yolugedir, özü də çox ürəkli addımlarla gedir. Özünün oxucuları var, şeirlərinisevən, ona musiqi bəstələyən bəstəkarları var. Mən yalnız Rüzgar xanımın yenikitabının işıq üzü görməsinə sevindiyimi deyə bilərəm. Şair ömrü kimi yaradıcılığı da enişli-yoxuşluolur. Əsas məsələ şairin özünün olmasıdır, yaradıcılıq onun təsərrüfatıdır. Butəsərrüfatın da çox məhsuldar düşəri, düşərsiz illəri olur. Bu dünyanınbaşından çox rüzgarlar əsib keçib. Amma Rüzgar xanım ötüb-keçən deyil".Çox səmimiyyətlə yazılan bu sözlər bir həqiqəti ifadə edir: əsl şair və əslşeir həmişəyaşardır!

Rüzgarxanımın şeirlərinə xas olan bir xüsusiyyəti öncə qeyd etmək istərdim. Bu daondan ibarətdir ki, Rüzgar xanımın şeirlərinin əksəriyyəti mahnı ritmi üstündəyazılıb. Bunu onun istənilən bir şeirində izləmək olar. Budur, "Gecə açan çiçəklər":

Ay işığıdodağında bal dadar,

Gözəlliyigözəlləri aldadar,

Yolçularınyuxusuna gül qatar

Gecə açançiçəklər.

Yaz üzündəmin naxışlı pərdədi,

O boylananulduzlar bəs hardadı?

Bir qəribinah çəkdiyi yerdədi

Gecə açançiçəklər.

Gah hicran,gah vüsal dolu badədi,

Kimə ümid,kimə qorxu-hədədi,

Unudulmuş,yadadüşmüş vədədi

Gecə açançiçəklər.

Rüzgarxanımın əksər şeirləri məhz bu musiqili, ritmik temp üzərində qurulub."Qurulub" sözü bəlkə də yerinə düşmür, deyə bilərəm ki, o şeirlər eləo cür, musiqi "donunda"dünyaya gəliblər.

"Yolgedirəm" kitabında toplanan şeirlər "Tarixim körpüdən keçdi","Mahnılar" və "Bizimlə görüşən həmin payızdı" rubrikalarıilə təqdim edilir. Elə adlarından da şeirlərin tematikası, mövzu dairəsi bəlliolur. Birinci bölmədə şairənin vətənpərvərlik duyğularını ifadə edən şeirlərtoplanıb: "Şuşam", "Tarixim körpüdən keçdi", "Ölüməəyilməz zirvə", "Təzədən qayıdıb gələr oğullar","Xarıbülbül", "Əsgər qayıdırdı", "Tanrı, mənə bir qapıaç", "Bir zəfər sədası"və s. Burada həmçinin şairənin təbiət duyğuları da öz əksini tapır.Təbiət şeirlərində sırf peyzaj ünsürləri o qədər də diqqəti cəlb eləmir. Əsasənşairin öz duyğuları ilə təbiət lövhələri, yaxud təbiət sevgisi vəhdətdə təqdimolunur. "Şuşam" şeirinə diqqət yetirmək kifayətdir:

Yollar binədən yaralı,

Dağlar sinədən yaralı.

Yamac, çöl-çəmən yaralı,

Gülündə sola bilmədim.

Gözəllərin sinə dağlar,

Viran qaldı bağça-bağlar.

Bulaqların gözü ağlar-

Dəsmalı ola bilmədim.

Qayalarda Xarıbülbül,

Yarıgüldü, yarı bülbül.

Gəl incimə, barı. Bülbül,

Dərdinə qala bilmədim.

Natəvan ruhu pərvanə,

Cabbarın səsi divanə.

Şəhid-həqiqət-əfsanə,

Mən niyə ölə bilmədim.

R.Əfəqndiyevabir şeirində yazır ki: "Ağlama, yad əldə qalan torpağım, Şimşəklər əlimdəqılıncım olar. Zamanı titrədər nalən, torpağım, Sənin bircə zərrən inancımolar. Hanı igidliyin boyu görünmür, Bir zəfər sədası əlacım olar",-bu misralar gələcəyə inam hissindən yaranır. Şairənin "Əsgərqayıdırdı" şeirində isə bu inam hissi maksimuma çatır:

Vaxt keçdi, bir xəbər aldı yolları,

Əsgər qayıdırdı doğma kəndinə.

El-oba boylandı yollara sarı,

Qönçələr gül oldu əsgər gələndə.

O gün ev-eşikdə uşaq qalmazdı,

Sevinclər,mücdələr yola yağırdı.

O günbağçalarda çiçək solmazdı,

Qızlar dagizlicə çiçək yığırdı.

O axşamhamıya qol-qanad verdi,

Sevincel-obanın əynində idi.

Sanki kəndözü də bir əsgər idi,

Ulduzlar bukəndin çiynində idi.

Rüzgarxanım bir sevgi şairi kimi də yaşıdları arasında seçilirdi. Onun təsvir etdiyilirik qəhrəman təmiz və saf hisslərlə yaşayan bir zərif qəlbli insan idi. Buqəhrəman yaşadığı təmiz və bakir hissləri dilə gətirir. O, təbiəti etibariləromantik ruhlu bir gəncdir. Sevdiyi insanla bağlı keçirdiyi hisslər son dərəcətəbiidir, səmimidir. Bu lirik qəhrəman iki damla göz yaşında ayrılığa sonqoyulacağına inanır, payız fəslinigörüşlərin, xatirələrin fəsli adlandırır:"İlk görüşümüzü heyf, günəş yox, Külək yarpaq-yarpaq yollarayazdı. İllər keçdigGördüm yazınyerində Bizimlə görüşən həminpayızdı". Şairənin lirik qəhrəmanı öz hiss və həyəcanlarını əox sadə,təbii, amma poetik şəkildə ifadə edir. Bu şeirlərdə bədii təsvir vasitələriməqamında işlənir və şeirin gözəlliyini artırır:

Axan bulaq olubmən öz suyumu,

Səninürəyindən almaq istərəm.

Mən biryağış olub damcılarımı,

Arxancayollara salmaq istərəm.

Qaragözlərinin giləsi olub,

Gözündəəbədi qalmaq istərəm.

Rüzgarxanımın mahnıları da onun sevgi şeirlərikimi lirik və rübabi xarakter daşıyır. Onun şeirlərinə Oqtay Kazımi. Elzaİbrahimova, Oqtay Rəcəbov, Nəriman Məmmədov kimi tanınmış bəstəkarlar mahnıbəstələmişlər. Onun iki mahnısı Xalq yazıçısı İlyas Əfəndiyevin "Büllursarayda" pyesində səslənib. Bu mahnılar janrın spesifikasına tam uyğundur.Məlumdur ki, mahnı janrının özünəməxsus özəllikləri var. Burada hər misra özlirik ahəngi və ritmi ilə diqqəti cəlb etməlidir. Unudulmamalıdır ki, bu şeirmüğənninin ifasında səslənərkən həm məzmunca, həm də formaca uyuşuqluolmalıdır. Məsələn, Rüzgar xanımın "Axtarma məni" (bəstəkarı BahadurHüseynov) dillər əzbəri olan "Axtarma məni" mahnısı bu janrın ənkamil nümunəsi kimi diqqəti cəlb edir:

Gəzdiyinyerləri çox dolanmışam,

Eşqininoduna gizli yanmışam.

Artıq bahardeyil, qarlı bir qışam,

Odlanıbyansan da axtarma məni.

Çıxıramdağlara, ay gülüm, sənsiz,

Dağ daqəribsəyər dumansız, çənsiz.

Dolan budünyanı, get, dolan mənsiz,

Peşimanolsan da, axtarma məni.

Rüzgarxanımın şeirləri, mahnı mətnləri öz dilinin saflığı, emosionallığı və ifadə vasitələrininzənginliyi ilə diqqəti cəlb edir. Bu şeirlərin oxucusunun dili qətiyyənpəltəkləməz, o, şeirlərdə ifadə olunan fikrin poetik şəkildə necəmənalandırılmasının şahididir.

Rüzgarxanımın ölümü qəfil oldu. Onun ömrü şeirlərində təsvir etdiyi çiçəklərin,güllərin ömrünə bənzədi. Şeirləri oxucu ürəyinə gözəl duyğular bəxş etdi.Gülün, çiçəyin ömrü kimi də soldu. Amma ömür yolu sona çatmasa da, yarıdaqırılsa da, Rüzgar xanımın şeirləri qaldı bizə və onlar illər keçdikcə özrayihəsini itirməyəcək. Çünki dünyada sevgi hələ tükənməyib, sevən ürəkləryaşayır.

Ulduzlar nəğmə-nəğmə,

Nəğmələr ilmə-ilmə.

Toxunubdu könlümə-

Nə yaxşı sevgi varmış.

Bahar çıxıb çəmənə,

Güllər nazlıdı yenə.

Könül açır kim-kimə?

Nə yaxşı sevgi varmış.

Günəşinqürub çağı,

Dağı yandırır-yaxır.

Göylər fikirli baxır,

Nə yaxşı sevgi varmış.

Yollar yenə sevdalı,

Sevdası min qanadlı.

Tənha eşqim sən adlı

Nə yaxşı sevgi varmış.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV