Skapenin rus dilində kələkləri

ETİBAR CƏBRAYILOĞLU
94733 | 2013-01-26 00:47
Bu da yeniilin ilk premyerası. Dövlət Musiqili Komediya Teatrı Qərbi Avropada klassikkomediya janrının banilərindən biri Jan Batist Molyerin "Skapeninkələkləri" pyesinin yeni səhnə həllini tamaşaçılara təqdim etdi. Teatrkollektivi daha bir klassik əsəri repertuarına daxil etməklə növbəti bir uğuraimza atdı. Özü də rus dilində. Üstəlik Dövlət Rus Dram Teatrınınsəhnəsində.

Guya...

"Tartüf","Kişilərə ibrət dərsi", "Xəsis", "İstəksiznikah", "Mizantrop"... Bu Jan Batist Molyerin qələmindən çıxanpyeslərin tam siyahısı deyil. Təkcə ölməz komediyalar yazmaqla kifayətlənməyənfransız dramaturq bəzi ədəbi qəhrəmanlarını aktyor kimi səhnədə də canlandırıb.Hətta ölümündən bir neçə saat əvvəl tamaşaçılarının gözü qarşısında olub. Həmigün səhnədə "Zorən xəstə" tamaşasında Arqan rolunu ifa edib.

Əsrlərdiki, dünya teatrları Molyerin əsərlərinə öz repertuarlarında yer verir.

"Skapeninkələkləri" dünyaca ünlü Jan Batist Molyerin ən məşhur əsərlərindəndi.Pyesdə baş verənlər, əsərdə ustalıqla yaradılan obrazlar Azərbaycan tamaşaçısına da yaxşı tanışdı.Çünki teatrlarımız müxtəlif illərdə bu əsərə müraciət ediblər.

Arqantvaxtından əvvəl səfərdən dönür. O, burada olmadığı müddətdə elə bir hadisə olubki, Arqant eşidincə aləmi bir-birinə vuracaq. Oğlu Oktavı, sadiq nökərSilvestri ciddi cəzalandıracaq. Çünki oğlu Oktav onun xeyir-duası olmadanQiaçinita ilə evlənməyə hazırlaşır. Ata oğlunun bu hərəkətini öz ad-sanınayaraşdırmır.

Bu andagənc sevgililərin dadına Skapen çatır. Məşhur kələkbaz bu məsələni Arqantdanelə bir üsulla gizlədir ki... Təbii ki, yaxşı qonorar müqabilində.

Jerontun dabaşı qalmaqaldadı. Övladları onun ad-sanına yaraşmayan addım atırlar. Jerontubu vəziyyətdən kim çıxara bilər? Yenə bütün gözlər Skapenə dikilir. Sanki beləvəziyyətlər üçün doğulmuş Skapen kömək etməyə razılaşır. Ortada qazanc varsaSkapen hər cildə girməyə hazırdı. Üstəlik də hadisələr davam etdikcə məlum olurki, Arqant, Jeront göründükləri kimi məsum deyillər. O qədər günahları varki...

Düzdü, beləinsanları aldatmaq Skapenə asan başa gəlmir. Arada az qalır ki, rüsvay olsun.Lakin xarakterindəki hiyləgərlik və ətrafındakıların insanların meşşanlığı onabu çətin durumdan çıxmaqda kömək edir. Qurduğu növbəti kələk nəticəsində Skapenyenə ətrafdakılara qalib gəlir.

Amma...

Molyer pyesdəki qəhrəmanları qələmə alanda XVII əsr idi."Skapenin kələkləri"nə quruluş vermək üçün Musiqili Komediya Teatrınadəvət olunan əməkdar incəsənət xadimi, prezident mükafatçısı Əsgər Əsgərovtamaşaçını inandırır ki, XXI əsrdə də Skapenə tez-tez rast gəlmək olur. Və o,yenə də bütün vəziyyətlərdən bəhrələnərək istəyinə nail olmağı bacarır. Çünkibu günün öz Arqantları, Jerontları var.

İstedadlı rejissor Əsgər Əsgərov həm Naxçıvan DövlətMusiqili Dram Teatrında baş rejissor kimi çalışarkən, həm də Akademik MilliDram Teatrında quruluşçu rejissor olarkən uğurlu tamaşaları ilə teatrictimaiyyətinin diqqətini cəlb edib. Rejissor Dövlət Musiqili KomediyaTeatrının rus truppası üçün də yad adam sayılmır. Əsgər Əsgərov bu truppa iləMark Kamolettinin "Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağıqarnir" əsərinə quruluş verib. Həmin səhnə əsəri bu gün teatrınrepertuarında ən çox oynanılan tamaşalardandı. Məhz bu kollektivin yaradıcılıqpotensialına yaxından bələd olan istedadlı rejissor "Skapenin kələkləri"kimi klassik əsərə maraqlı quruluş verməyi bacarıb.

Tamaşanın uğurundan söhbət gedərkən Skapen rolunun ifaçısınıxüsusi qeyd etməmək insafsızlıq olardı. Gənc və istedadlı aktyor Emil Heydərovbu obrazın daxili aləmini tam açmağı bacarıb. Aktyor öz bacarığı sayəsindədemək olar ki, bütün epizodlarda tamaşaçını inandıra bilir. Emil HeydərovunSkapenini son illərdə səhnəmizdə yaradılan uğurlu obrazlardan biri kimiqiymətləndirmək olar.

Tamaşada rol alan əməkdar artist Boris Qrafkin (Jeront),Elvin Əliyev (Oktav), Rauf Babayev (Leandr), Marina Litvinenko (Zerbinetta),Yuliya Heydərova (Qiaçinita), Əliməmməd Novruzov (Silvestr), Svetlana Bulax(Nerina) öz təbii ifaları ilə yadda qalırlar.

Arqant obrazının ifaçısını özüm qəsdən sona saxladım. Xalqartisti Səfa Mirzəhəsənov Rus Dram Teatrının səhnəsində oynadığı rollarlatamaşaçıların rəğbətini qazanıb. Musiqili Komediya Teatrı aktyor mübadiləsiənənəsinə sadiq qalaraq bu istedadlı səhnə ustasına Arqant rolunu həvalə edib.Səfa Mİrzəhəsənov Arqant kimi mürəkkəb obrazı özünəməxsus tərzə tamaşaçıyatəqdim etməyə nail olub.

Anşlaq keçən premyerada iştirak etmək fürsəti qazanantamaşaçılar quruluşçu rəssam Vüsal Rəhimin, baletmeysterlər Zakir Ağayev vəYelena Ağayevanın da işini müsbət qiymətləndirdilər. Musiqi tərtibatçısı EminHəsənov tamaşanı daha baxımlı edən musiqilər seçib. Rauf Babayev isə həminmusiqilərə maraqlı, səhnədə baş verənləri tam açan mahnı mətnləri yazıb. Əməkdar artist Boris Qafkininrejissor, Tamilla Aslanovanın rejissor assistenti kimi zəhməti qeyd olunmalıdı.

Musiqili Komediya Teatrının təqdim etdiyi "Skapeninkələkləri"nə baxan tamaşaçılar sərf etdikləri vaxta görə yəqin ki,təəssüflənməyəcəklər. Ən əsası isə bir daha əmin olacaqlar ki, Skapen kimiadamlar bu gün də var. Belələri bəzi insanları aldatmağı ustaca bacarırlar.Aldanmağa layiq olanlar isə həmişə aldanırlar.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV