adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR

TOFİQ ABDİN
32233 | 2013-01-26 00:42

PUBLİSİST-YAZAR: - BÖYÜKXAN BAĞIRLI-1

ÖNCƏ SİZİNALTMIŞINCILAR HAQQINDA FİKİRLƏRİNİZİ BİLMƏK İSTƏRDİM.

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdətutular və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILARtəkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Vəmənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmələkətdə deyil,başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yamddaşlara həkkolunub.Məsələn, sevgili Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnəkdə var. Həmişə könlüm keçib belə birtəşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı Türkiyə ayrı. Hərzaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsiltərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Mən onlarnı müdafiəsinə qalxmaqməqamından uzağam. Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.Ən çox o yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər. Yazar-çizər deyillər.Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTMIŞINCILAR"sırasına salınmayan ALTMIŞINCILAR daolub. Kimlərdir bunlar?

- Tofiq bəy, Altmışıncılar bir vaxtlar ədəbiyyatımızın üfüqlərindəparlayan dan ulduzları idilər.Aydın bir səhərin yaxınlaşmasından xəbərverən, milləti bu aydın səhəriqarşılamağa səsləyən, oyanmağa, yuxudan qalxmağa haraylayan dan ulduzu. Onlar- altmışıncılar bədnamsosializm-realizmi deyilən kiflənmişyapma yaradıcılıq metodunun buxovlarıaltında nəfəsi tıncıxan ədəbiyyatımızayeni bir ab-hava, iqlim gətirdilər.Onların rübabı qırmızı aprel işğalından sonra yasaq edilmiş türkçülük, azərbaycançılıq ideyalarının,milli-mənəvi dəyərlərimizin təbliği, tərənnümüruhunda köklənmişdi. Altmışıncılar ədəbiyyatımızda milli oyanış təbiliniçalan, bolşevik konyukturasınadeyil, milli təfəkkürün, milli mənlikşüurunun çiçəklənməsinə xidmət edənsənət fədailəridir. Bu cəhətdən onları zülm və istibdadın hökm sürdüyüqaranlıq mühitdə Rusiya torpağına azadlıqtoxumu səpən narodvolçulara bənzətmək olar. Altmışıncıların yaradıcılığında xalqı narahat edən,düşündürən problemlər cəsarətləqabardılır, bədii söz xalqın arzu vəistəklərini ifadə edirdi. Sovet ideologiyasının tüğyan etdiyi bir dövrdəsətiraltı mənaları acı həqiqətləri əks etdirən,oxucuların qəlbinə milli mənlik hissləri aşılayan əsərlər çapetdirmək heç də sadə və asan məsələ deyildi. Bu əsərləriyazan o zamankı gənclər - altmışıncılarrejimin qazdan ayıq məmurları tərəfındən izlənir, müxtəlıf xoşagəlməztəziqlərə məruz qalırdılar. Səhv etmirəmsə, Tofiq bəy, o dönəmdə siz özünüz də izlənilənlərdən biri olmuşsunuz. Bu barədəkitabınızda oxumuşam. Bütün bu təqiblərə, hədə-qorxulara rəğmən altmışıncılarədəbiyyatımız qarşısında öz vəzifələrınivicdanla yerinə yetirmişlər. Əlbəttə, özədəbi-bədii imkanları,istedadları çərçivəsində. Diqqəti çəkən cəhətlərdən biri də odur ki, altmışıncılar o zaman ədəbi aləmə atılarkən özlərindən əvvəlki nəsillərin ədəbi irsinə hörmətləyanaşmış, nihilistcəsinə onları təkzibetməmişlər. Təəssüf ki, indi bəziləri altmışıncılara qısqanc münasibətsərgiləyir, onların ədəbiyyatımız qarşısındakıxidmətlərini dəyərləndirmək əvəzinəbarələrındə qeyri-obyektıvfikirlər söyləyirlər. Bu, əlbəteə, yaxşıiş deyil. Altmışıncılar azdan- çoxdan, bacardıqlarını ediblər və bu gün də qələm əllərindədir. Onlara qiymət verərkən ədəbiyyat aləminə atıldıqları dövrün sərt qadağalarını, amansız senzurasını yaddançıxarmaq olmaz. İndi, müstəqillik dövründəcəsarətlı söz deməyə nə var ki.Senzura yox, qadağa yox. Odur ki,ədəbiyyatşünaslıq elmi, ədəbi tənqid tərəfindənvaxtilə altmışıncıların ədəbiyyatımıza yeni bir iqlim, milli ruh gətirməsi məsələləri diqqətlə araşdırılıb tədqiq olunmalıdır.

- Bəlkə bir az geniş tanış olaq.Təbii ki, Böyükxan Bağırov(Bağırlı) imzasıyla indiki gənc yazarlarçox az tanışdı və çoxdan tanış olsaq da mən də sənin bioqrafiyana çox-azbələdəm. Elə bir rayondansan ki, orada ədəbiyyat mən bilən bir o qədər dəpopulyar deyil: məsələn, Qazax kimi, Tovuz kimi, lap elə Səlyan kimi... Burayonlardan ən azı bir neçə ədəbiyyatçı-yazar adı çəkmək mümkündü. Amma sənindoğulduğun yer bir az başqa səpkidə bir yerdir. NECƏ OLDU Kİ, JURNALİSTİKANI VƏYAZARLIĞI SEÇDİNİZ? DOĞRUDUR, YAZARLIQ SEÇİLMİR. BUNU HAMIMIZ BİLİRİK.

- Mənim yazı-pozuya meylim içində boya-başa çatdığım mühitləbağlıdır. Gözümü açanda ətrafımda nağılçıları, avazla qəsidə oxuyan dərvişləri,el arasında "Lotu" adlandırılan xalq məzhəkəçilərini, növbə ilə uzunqış gecələri ayrı-ayrı məhəllələrdə haqq aşiqləri barədə dastanlar söyləyəntelli saz ustalarını, ilaxır çərşənbə gecələrində çillə çıxaran, dilək tasıquran sevdalı qızları, Kərbəla müsibətindən əhvalatlar söyləyən rövzəxanları,bekarçılıqdan kəndin o baş, bu başında şayiələr yayan, hədəfə gələn, tilovadüşən, "zır kəndçi" deyilən müəyyən avam, suyu şirin adamlar barədəsöz çıxardıb belələrini bir günün ərzində dəli eləyib çöllərə salan baməzələri,yazda havalar qızanda ilan tutan ovsunçuları, düyün çalanları, tas quranları,divara arpa yeridən cadugərləri, hoqqabazları... görmüşəm. Bütün bunlar zənginbir aləm idi. Mənim uşaq təsəvvürümdə bu tiplərin hər birinin öz rəngi, özçaları, öz səsi, ritmi var. Aradan uzun illər keçməsinə baxmayaraq, uşaq vaxtıgördüyüm bu adamların səsləri, sözləri hələ də qulağımdadı. Onların görünüşü,jesti gözlərimin önündədir. İlan tutan ovsunçu Yarpaq nənənin ontaxda qanovuztumanının xışıltısını indi də eşidirəm. Yaxud nağılçı Cullan dayınınəvvəl-əvvəl "nağıl-mağıl bilmərəm, bilsəm də, söyləmənəm..." deyəözünü mazata qoyması, masqurada gətirilən sarı nehrə yağını yeyib bığınısığallayandan sonra "Hə... Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan,bir qoz, bir girdəkan" deyə qızışar, sicilləmədən sonra keçərdi nağıla.Keçən əsrin əllinci illərinin əvvəllərində, kəndimizdə handa bir adamın evindəradioqəbuledici olduğu bir dövrdə rəhmətlik Cullan dayının nağılları qaranlıqmühitə işıq saçır, xüsusən uşaqların xatirində silinməz izlər buraxırdı. Biz bunağıllarla yaşayır, bu nağıllarla böyüyür, qol-qanad açırdıq. Yadımdadı,1952-ci ildə qarlı-şaxtalı bir qış gecəsində, kəndimizi gəzib dolaşdıqdan,əzik-üzük səhifələri yaman günə düşdükdən sonra bizim evə qara meşin cildli birkitab gəlib düşmüşdü. "AŞIQLAR" kitabı. Latın qrafikalı bu kitabıbizə onun içindəki dastanları əzbər bilən Qaraxan adlı yaxın qohumumuzgətirmişdi. Həmin dövrdə gənclik illərini yaşayan Qaraxan bibioğlunun yaxşısəsi vardı. Bal kimi şirin, lirik tenor səsiylə "Kərəm gözəlləməsi"üstündə xırda-xırda gəzişər, yeddilik lampa ətrafına toplaşan qohum-əqrəbanıfeyziyab eləyərdi.

- Maraqlısı budur ki, nə yaxşı o dastanlar səni poeziyayayox, məhz nəsrə dartıb?

- Həqiqətən də elədi.1954-cü ildə Alar kənd yeddiillikməktəbin birinci sinfinə gedəndə bu kitabdakı bütün dastanları, demək olar ki,əzbər bilirdim. Latın qrafikasını da öz-özümə öyrənmişdim. Məktəbimizinmüəllimləri məni ayrı-ayrı siniflərə aparıb "Aşıqlar" kitabını,"Koroğlu" dastanını oxutdurardılar. Bir az sonralar əsgərlikdənqayıdan və Mingəçevirə gedib orada fəhlə işləyən böyük qardaşım Əliheydərin birpayız axşamı Ordubadinin "Qılınc və qələm" romanını özü ilə evimizəgətirməsi heç yadımdan çıxmaz. Həmin payız axşamının dadı, təmi hələ dədamağımdan çəkilməyib. O axşam qardaşım qaz kəsdi, anam boranıplov bişirdi,manqalda çay dəmlədi. Süfrə hələ hazır olmamış bir də gözümüzü açıb gördük ki,evimizə xeyli qonaq gəlib. Hamısı da öz yaxınlarımız idi. Sən demə, kimsəƏliheydər qardaşımın qoltuğunda "Qılınc və qələm"i görübmüş və ilmədə ondan keçibmiş. Həmin dövürdə, ucqar bir kənddə "Qılınc və qələm"romanı böyük bir qənimət idi. Hamı bu əsərdən danışırdı. Bu kitabdan, deyirdilərki, kənd kitabxanasına cəmi bir nüsxə göndəriblər, onu da müharibə veteranıolan kənd sovetinin sədri aparıb qoymuşdu evinə... Müxtəsər, həmin payız axşamıqardaşımla Məzahim dayım növbə ilə romanı oxuyurdular. Anam iki dəfə lampayanöyüt tökdü. Beləliklə, kitabın oxunuşu bir həftədən çox çəkdi. Müharibədən başleytenant rütbəsində orden-medalla qayıtmış Zöhrab əmim əlini əlinə vurubdeyirdi: "Pah atonan sənin arvad yiyəsi, bu Qətibə (romandakı Qətibəsurətini nəzərdə tuturdu) gör nə işlər gördü, nə oyunlar çıxartdı!.. Allah biziməkri-zənənnən qorusun..." 0 zaman mən qonaqlar gedəndən sonra yorğanıçiynimə çəkib, yalan olmasın, ta sübhə kimi bu romanı ayrı bir gözlə, xüsusibir ləzzətlə oxuyar, şagird dəftərimə özümçün qeydlər edərdim.

Cəlilabad-Bakı) - 2012

(Davam edəcək)

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV