Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Mənim duyğum” kitabının təqdimatı keçirildi Adalet.az | “Mənim duyğum” kitabının təqdimatı keçirildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Mənim duyğum” kitabının təqdimatı keçirildi

18248    |   2016-05-17 18:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda şair Etibar Vəliyevin "Mənim duyğum” kitabının təqdimat mərasimi keçirildi. Adalet.az xəbər verir ki, müəllifin qələm yoldaşları və yaxın dostlarının, tələbələrin iştirak etdiyi tədbiri şair, kitabın "Ön söz” müəllifi və redaktoru Qəşəm Nəcəfzadə açıb. Müəllifi yeni kitabı münasibətilə təbrik edərək, uğurlar arzulayıb, ədəbiyyat dünyasına daha bir kitabın qatıldığını diqqətə çatdırıb.

Q.Nəcəfzadə vurğulayıb ki, şairin aid olduğu Lənkəran torpağı həmişə ölkəmizə istedadlı şəxslər bəxş edib. Belə şəxslərdən biri olan, sevilən şair Balayar Sadiq də qələm yoldaşının təqdimatında söz alaraq Etibar Vəliyevin yaradıcılığından bəhs etdi. Onun şeirlərin sitat gətirərək, həqiqətən də oxunaqlı, düşündürücü şeirləri ilə poeziyamıza rəng qatdığını vurğuladı. Qeyd etdi ki, şairin ən böyük silahı sözdür, onun cilalanmasıdır. Etibar Vəliyev də sözü qələmi ilə cilalayan şairlərdəndir.

Daha sonra şairlər Oqtay Rza, Aləmzar Əliyeva, Nuranə Nur çıxış edərək, müəllifə ürək sözlərini ünvanladılar, yaradıcılığında uğurlar arzu etdilər.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri müəllifin şeirlərini səsləndirdilər.



SON XƏBƏRLƏR
2019-01-16
2019-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80%)
"Neftçi" (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yeni istifadəyə verilmiş ət kombinatının direktoru, mühafizə rəisinə tapşırıq verir:
- Anbarın mühafizəsini gücləndirin, çöldən gəlib kolbasaları oğurlamasınlar.
- Artıq gücləndirmişik. Amma çıxış qapısında mühafizəçi yoxdur, orada da qoymaq lazımdır.
- Lazım deyil. Fəhlələr bilirlər ki, biz kolbasanı nədən düzəldirik, onlar oğurluq edən deyillər.




digər lətifələr
ARXİV
FACEBOOK