adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 May 2016 18:05
24078
ƏDƏBİYYAT
A- A+

“Mənim duyğum” kitabının təqdimatı keçirildi

Mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda şair Etibar Vəliyevin "Mənim duyğum” kitabının təqdimat mərasimi keçirildi. Adalet.az xəbər verir ki, müəllifin qələm yoldaşları və yaxın dostlarının, tələbələrin iştirak etdiyi tədbiri şair, kitabın "Ön söz” müəllifi və redaktoru Qəşəm Nəcəfzadə açıb. Müəllifi yeni kitabı münasibətilə təbrik edərək, uğurlar arzulayıb, ədəbiyyat dünyasına daha bir kitabın qatıldığını diqqətə çatdırıb.

Q.Nəcəfzadə vurğulayıb ki, şairin aid olduğu Lənkəran torpağı həmişə ölkəmizə istedadlı şəxslər bəxş edib. Belə şəxslərdən biri olan, sevilən şair Balayar Sadiq də qələm yoldaşının təqdimatında söz alaraq Etibar Vəliyevin yaradıcılığından bəhs etdi. Onun şeirlərin sitat gətirərək, həqiqətən də oxunaqlı, düşündürücü şeirləri ilə poeziyamıza rəng qatdığını vurğuladı. Qeyd etdi ki, şairin ən böyük silahı sözdür, onun cilalanmasıdır. Etibar Vəliyev də sözü qələmi ilə cilalayan şairlərdəndir.

Daha sonra şairlər Oqtay Rza, Aləmzar Əliyeva, Nuranə Nur çıxış edərək, müəllifə ürək sözlərini ünvanladılar, yaradıcılığında uğurlar arzu etdilər.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri müəllifin şeirlərini səsləndirdilər.