adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 May 2016 15:19
15608
İDMAN
A- A+

AZARKEŞSİZ FUTBOL TAMAŞAÇISIZ TEATR KİMİ BİR ŞEYDİ

Təsəvvür edin, Əli Əmirlinin Akademik Milli Dram Teatrında «Qacar» kimi möhtəşəm bir tamaşası oynanılır. Azərbaycanın görkəmli sənətkarları Fuad Poladov və ya Məmməd Səfa da Qacar rolunda. Zal da bomboşdu və ya yeddi-səkkiz nəfər var. Özünüzü o aktyorların yerinə qoyun, Qacarın faciəsindən böyük faciə yaşayarsınız. Allaha şükür ki, adını çəkdiyim tamaşada həmişə anşlaqdı.

Gələk fıutbola. 22 nəfər özünü sahədə öldürür, stadionda, 15-20 minlik stadionda 100-150 azarkeş ola-olmaya. Bu futbolçuları fikirləşin, hansı hissi keçirirlər. Axı, onlar futbolu özləri üçün yox, bizim üçün oynayırlar.

Deyərsiniz ki, komanda yaxşı oynayanda, yuxarı pillədə olanda gedirik. Belə olanda nənəm də gedər ey, əsl azarkeş odur ki, klub ağır durumda olanda ona arxa dursun, dəstəkləsin, sevimli futbolçularını ruhdan düşməyə qoymasın. Stadiona gəlin, onda futbolçudan oyun tələb edin.