adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Suyumuzu dəyərləndirən qərar

ƏDİLZADƏ ƏDİL
48606 | 2016-05-23 14:13

Suyun qiymətində baş verən artım ciddi müzakirə mövzusudur. Sosial şəbəkələrdəKİV-lərdə aparılan müzakirələr onu deməyəyə əsas verir ki, bu artım heç dəmüsbət qarşılanmayıb və ilin-günün bu vaxtında hokumətin belə bir artımagetməsi ilə bağlı müəyyən suallar yaradır. Onu da deyək ki, məsələ ilə bağlıdanışan iqtisadi ekspertlər də hesab edir ki, suyun qiymətində baş verənartımın heç bir iqtisadi əsası yoxdur.

Gələk məsələnin özəlliyinə. Məsələ bəsitdir. Bu artımın reallaşmasıtəbii ki, vətəndaşın belindən çıxacaq. Burda qazanan ayrı-ayrı qurumlar olacaq.Vətəndaşın suçu nədir??? Nədənsə bu sualı özü-özünə verən yoxdur. Vətəndaşınsuçu sudan səmərəli, iqtisadi terminlə desək ekonomik istifadə etməməsidir.Paytaxtda elə də hiss olunmur. Regionlarda olanlar bilir ki, işməli suyunqiymətinin az olmasından istifadə edib bostan suluyanlar, müxtəlif növ işləriniaşıran insanlar var. Bax bu artım məhz sudan səmərəli və ekonomik istifadənişərtləndirəcək. Vətəndaş özünə lazım olan miqdarda sudan istifadə edəcək. İzafixərclərə yol verməyəcək.

Bu yerdə onu da bildirək ki, sudan savayı işıq və qazın qiymətindəartım gözlənilmir. Sevinə bilərsiniz....

İndi bir çoxları deyəcək ki. yenə hədəf vətəndaş oldu. Bəli. Haqlıiraddır. Bilirsinizmi bu iqtisadi böhranın əslində çox müsbət təsirləri var.Böhran bizə özümüzü göstərir, böhran bizi düşünməyə vadar edir, eyni zamanda buböhran bizə ekonomik olmağı göstərir. Ötən ilin müfaviq dövründə stolumunüstündə toy dəvətnamələrindən göz açmağa imkan yox idi. İmkanım daxilindəçağırılan xeyir-işlərində iştirak edirdim. Ancaq bu il...Dəvətnamələrdən əsərəlamət yoxdur. Bunun fonunda su məsələsinə aydınlıq gətirmək olar. Suyunqiymətinin qalxması qonşunun qonşuya su axıtmasınını qarşısını alacaq, bu qiymətartımı suyun təyinatı üzrə istifadəsini şərtləndirəcək və ən əsası suyunQİYMƏTİ olacaq. Bir deyim var. Ucuz mala "Su qiymətinədir” deyirik. Bax buartım "su qiymətinə” ifadəsini dəyərli ifadə kimi leksikomumuzda öz yerinimöhkəmləndirilməsinə gətirib çıxaracaq.

Baxın. Heç deyən yoxdur ki, suyun qiymətinin artımı onun tərkibininyaxşılaşdıırlması ilə nəticələnəcək. Daha Sumqayıt vətəndaşları xlorlu suiçməyəcək. Bakıda, Əhmədlidə su problemi olmayacaq....

Sonda isə onu qeyd edək ki, bu artım 1 milyon 387 min 96 abunəçinin xərcləri artıb. Bu qəbildən olan insanlarıniçində işini itirən, ehtiyac içində yaşayan, bugününü bir təhər keçirib səhəriümidlə gözləyən insanlar az deyil...



TƏQVİM / ARXİV