adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2016 22:24
10465
GÜNDƏM
A- A+

Keçmiş erməni döyüşçü Azərbaycanın üstünlüyünü etiraf edib

Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş "Sasun” dəstəsinin keçmiş üzvü Arşavir Bozinyan cəbhədə baş verən son döyüş toqquşmalarında Azərbaycanın üstünlük əldə etdiyini etiraf edib.

Adalet.az-ın "hraparak.am"a istinadən verdiyi məlumata görə, o, Azərbaycan kəşfiyyatının yaxşı işlədiyini xüsusi qeyd edib: "Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. Onlar bizim hazır olduğumuzu, yaxşı silahlandığımızı bilsəydilər, belə addım atmazdılar. 20 il ərzində düşmən silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular. Azərbaycanın silahlandığı barədə dəfələrlə deyilib. Atəşkəs olsa da, müharibə başa çatmayıb. Hər an müharibəyə hazır olmaq lazımdı".

O, aprelin əvvəllərində erməni tərəfinin 18 post itirməsinə də münasibət bildirib: "Bu gün hər postda 4-5 əsgər dayanır. Postlarımızda daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində çoxları Ermənistanı tərk edib, doğuşların sayı azalıb. Bizim həm də kifayət qədər texnikamız yoxdur. Müqavimət göstərməyə hazır olmalıyıq. Ordu güclənməli, sonra dövlətlər danışıqlar masasına oturmalıdır. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirilməlidir ki, insanlar müharibəyə gözü bağlı getməsinlər. Hərbçi yeni silahlar barədə məlumatlı olmalıdır. Biz əsgərin həyatını qiymətləndirməliyik”.

A. Bozinyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması haqqında da danışıb: "Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmin vaxt tələb etməliydik".