adalet.az header logo
  • Bakı 12°C
16 May 2016 14:57
58410
TEXNOLOGİYA
A- A+

İnstaqram-a görə kütləvi həbslər başlandı

İranda 8 nəfər İnstaqram-ı "mənəviyyatsız" şəkillərin yayılmasında istifadə etdiyi üçün həbs olunublar.

Adalet.az modern.az-a istinadən bildirir ki, bu barədə Tehranın kompüter cinayətləri ilə bağlı məhkəmənin hakimi Cavab Babayi məlumat verib.

2 il davam edən "Hörümçək II" əməliyyatı çərçivəsində İnstaqram-larında hicabsız şəkillər yerləşdirən iranlı xanımlar da yaxalanıb.

Ümumilikdə, işlə bağlı fotoqraf, qrim ustası, model və gözəllik salonlarının menecerlərindən ibarət 170 nəfərlik qrup yaxalanıb. Məlumata görə Facebook, Tvitter və Youtube-dən fərqli olaraq İnstaqram İranda qadağan olunmayıb.