adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2016 16:37
37878
HÜQUQ
A- A+

İnsan Hüquqları üzrə Birgə Qrupun üzvləri mətbuat konfransı keçiriblər

 İnsan Hüquqları üzrə Birgə Qrupun üzvləri olan hüquq müdafiəçiləri bu gün mətbuat konfransı keçiriblər.

 

Adalet.az-ın məlumatına görə, tədbirdə çıxış edən İnsan hüquqları və Qanunçuluğun Müdafiə Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, ötən bir il ərzində İnsan Hüquqları üzrə Birgə Qrupa 739 şikayət daxil olub: "Həmin şikayətlərin çoxu həll olunub. Şikayətlər həbslər, evlərin sökülməsi, sahibkarlıq və digər məsələlərlə bağlıdır. Son dəfə imzalanan əfv sərəncamı ilə bizim siyahımızda olan 23 nəfərdən 17 nəfər azadlığa buraxılıb. Bəzən deyirlər beynəlxalq təzyiq oldu, filankəs həbsdən buraxıldı. Lakin elə deyil. Hər bir problem ölkə daxilində həll olunur. Ömürlük məhbuslar, "OMON-çular"la da bağlı da iş gedir".

 

 

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bildirib ki, bəzi şəxslər "siyasi məhbus" adından başqa məqsədlər üçün istifadə edirlər: "Hüquq müdafiəçiləri təkcə siyasi məhbusların işi ilə məşğul olmur. Bizə bir çox sahələrdən şikayətlər gəlir. Biz siyahımızda olan şəxslərin azadlığa buraxılması üçün çalışırıq. Lakin bəziləri bu məsələni əlində bayraq edib başqa işlərlə məşğul olurlar”.

 

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirib ki, bəzi xarici şirkətlər Azərbaycandan milyonlarla pul oğurlayıb: "Biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq”.