TAMAŞAÇI SEVGİSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
35637 | 2016-05-13 15:02

ƏBÜLFƏT MƏDƏTOĞLU


Gününü, ayını dəqiq xatırlamıram.Amma il yadımdadı. Ona görə ili dəqiq xatırlayıram ki, orta məktəbdə oxuyurdum– 8-ci sinifdə. Və onda da bu gözəlim Azərbaycanda bir telekanal fəaliyyət göstərirdi.Yəni Dövlət Televiziyası mövcud idi. Uşaqlı-böyüklü hamımız onun aurasında idik.Vaxtımız olanda, dərsdən,qoyun-quzu otarmaqdan imkan tapanda ekran başında yığışıbotururduq. Tam səmimiyyətimlə etiraf edim ki, bugünkündən çox-çox dadlı və duzlu,düşündürücü və maarifləndirən verilişlərin tamaşaçısı olurduq. Onu da etiraf edimki, o verilişlər həm də bizi yönəldirdi, istiqamətləndirirdi. Bax, biz də onun içindəböyüyürdük və onu da etiraf edim ki, biz o tək telekanalın hesabına Azərbaycanın,eləcə də  dünyanın ədəbiyyatından və incəsənətindən,idmanından, kinosundan, siyasətindən, bir sözlə, ekologiyasına qədər hər şeydən,hər yerdən xəbər tuturduq…

İndi efir də çoxdu, ekranda çoxdu, hamısının işi avand olsun.Amma topası o vaxtkı bir AzTV-nin gördüyüişi görə bilmir. Bax, həmin o illərdən ölkənin əmək adamları ilə görüşə, kənd zəhmətkeşlərininqulluğuna sənət adamları gəlirdi. Şairlər şeir oxuyurdu, müğənnilər mahnılarınıifa edirdilər, aktyorlar tamaşa göstərirdilər. Üstəlik, o illərdə AzTV-də proqramda var idi. Adı da indiki kimi yadımdadı – «Komediyalar aləminə səyahət».

Yaşıdlarımın yadında olar.Müxtəlif komediyalardan epizodlar göstərilirdi həmin verilişdə. Özü də elə epizodlarki, həm bütün əsərin mahiyyətini ifadə edirdi, həm də aktyorun özünü tanıdırdı tamaşaçıya,sevdirirdi onu. Bax, mən ilk dəfə bugünkü dostumu, xalq artisti Yasin Qarayevi həmin«Komediyalar aləminə səyahət» verilişində gördüm. Onun ifa etdiyi qayınata roluvə özünəməxsus şəkildə söylədiyi «apstrax, yapışdırax» sözləri yaddaşıma yazıldı.Onun aktyor jestləri məni həqiqətən içdən güldürdü və gülə-gülə də mən onun söylədiyibütün sözləri az qala əzbərlədim. Mən uzun müddət o rolun təsiri altından çıxa bilmədim.Hətta yaşadığım kənddə, ətrafımda olan adamlara baxanda da Yasin Qarayevin jestlərini,cizgilərini axtarmağa, tapmağa çalışdım. Birində təbəsümünü gördüm, birində əl hərəkətini,birində səsin tembrini. Topası isə sən deməYasin Qarayevin özündə imiş. Çox sonralar, yəni,Yasinmüəllimin oynadığı rolları səhnədə, özünü isə gözümün önündə, çevrəmdə görəndə aktyorluqsənətinin nə demək olduğunu dərk etməyə, anlamağa başladım. Xüsusilə mənə bəllioldu ki, hər bir aktyorun, o cümlədən də Yasin Qarayevin daxilində obrazını yaratdığıtiplər, personajlar elə bil ki, bir küncdə oturub növbəsini gözləyir, məqamınınhəsrətindədi. Elə ki, həmin tipi, həmin personajı yaratmaq aktyora tapşırıldı, ondao gözləyən məqam güdükçüsü olan hərəkətə keçir. Aktyorun içindən tamaşaçı önünəçıxır və…

Və elə aktyorun özünün,həmçinin yaratdığı rolun yeni yolu, yeni missiyası, yeni təqdimatı burdan başlayır.Bir az da sadə söyləsəm, istənilən aktyor, o cümlədən də dəyərli dostum Yasin Qarayevbiz tamaşaçılara yaratdığı obrazı göstərdiyi, təqdim etdiyi andan onun qəhrəmanınındünyaya gəlişi, ilk addımı başlayır. Burda bir incəlik də ortaya çıxır. O dünyayagəliş, o ilk addım necə qarşılanır?.. Qəbul olunurmu? Təqdir edilirmi? Həyata vəsiqəala bilirmi?

Hə, mən Yasin müəllimləBakıda, tələbə olduğum illərdə bir tamaşaçı, bir aktyor münasibətini də yaşamalı,həyatımda hiss etməli oldum. Çünki   «Komediyalaraləminə səyahət»dən iç dünyama yol açan aktyorla Gənc Tamaşaçılar Teatrının səhnəsindəgörüşlərim mənim bir daxili zərurətim, tələbatım idi. Mən sevdiyim aktyoru canlışəkildə ekran arxasından yox, nəfəsini duyduğum məsafədən izləməyə başlayanda onunsəhnədə bütünlüklə rolun içərisində olduğunu, rolla nəfəs aldığını izləyə-izləyəbaşa düşdüm ki, nə vaxtsa onunla lap yaxından görüşməliyəm. Çünki bu sənətkar özündəbir müsbət aura daşıyır. Hərəkətində, hətta tamaşa sonu onu alqışlayanlara müraciətindədə o qədər təbii olur ki, bəzən iki saatdan artıq çəkən tamaşanın yorğunluğunu sənəunutdurur. Dediklərini, söylədiklərini dinləyib onun içdən gəldiyinə əmin olursan…

Bir müdrik deyim var. Aqillərsöyləyib ki, «axtaran tapar». Mən də Yasin müəllimlə şəxsi tanışlıq üçün içimdəbir axtarış aparırdım. Doğrudur, bir qələm adamı, bir mətbuat işçisi kimi ona yanaşmaq,ondan müsahibə götürmək, hətta onunla adi həyat məsələlərindən söhbət etmək o qədərdə çətin iş deyildi. Mən isə etiraf edim ki, çox munis bir doğmalığı ifadə edəcəkdərəcədə yaxın bir şəraitdə görüşmək, onu təkcə aktyor kimi yox, həm də bir Allahbəndəsi kimi tanımaq məqsədilə içimdə axtarış aparırdım, zaman gözləyirdim. Bax,dediym həmin o zamanı da mənə bizim ortaq dostlarımız yaratdılar. Bu dostların başındaLaçın həsrətiylə dünyasını dəyişən böyük xanəndə, əməkdar artist Məhəbbət Kazımovdayanırdı… Bu dostların önündə Cəbrayıl nisgiliylə ömrünün gənc çağlarında dünyasınıdəyişən hüquqşünas dostumuz Fikrət Zeynalov dayanırdı… Bu dostların çevrəsində telejurnalistİlham Alışanov, nəşriyyat işçiləri Afiq Vəlimətov, polis əməkdaşı Etibar Hümbətovdayanmışdı. Və biz bax beləcə bir dostluq dairəsində günlərin bir günü bir arayagəldik. Daha doğrusu, həmin dostların dəvətiylə onların görüşünə gedəndə Yasin müəllimidə burda gördüm. O məşhur filmdə deyildiyi kimi, «kimi axtarırdım, kimi tapdım!»...

Bəli, beləcə başladı bizimdostluğumuz. Və ilk çörək kəsdiyimiz gündən keçən 25 ilə yaxın müddət ərzində mənnə qədər diqqət yetirsəm də, hətta bütün fikrimi ona yönəltsəm də, Yasin Qarayevinsəmimiyyətində iynə ucu boyda dəyişiklik hiss etmirəm. Yasin Qarayevin söhbətlərində,hərəkətlərində, hətta əlini süfrəyə uzatmağında belə həmişə bir ərkyanalıq, həmişəbir özünəməxsusluq, ən vacibi isə ətrafdakıları o məclisin şirinliyinə bələməyigörürəm. Elə bil ki, bu insan ətrafda cərəyan edən iqtisadi, siyasi problemlərigörüşünə gəldiyi dostlarının yanına gətirmir və yaxud da həmin problemləri olduğuyerə buraxmır. Təbii bir şəkildə ağrını, acını, narahatçılığı pərdənin o biri üzündəatıb gəlir. Deməli, hər dəfə xatırladığım bir sözü var Yasin müəllimin:

- Allah Fikrətə rəhmət eləsin!Allah Məhəbbətə rəhmət eləsin! Onlar ailələrindən yox, həm də dostlarından getdilər.

Doğrudan da itirdiyin dostugünün, saatın hər anında xatırlamaq bugünkü durumda hər adama məxsus olan keyfiyyətdeyil. Amma Yasin müəllim istər «Azərbaycan» nəşriyyatına gələndə, istər xeyirdə-şərdə, istər adi görüşlərimizdə sözü-söhbəti mütləq fırladıbitirdiyi dostların üzərinə gətirib çıxarır, onların ruhunu sevindirir, onların xatirəsiniyaddaşımızda təzələyir. Bax, bu, dünyasını dəyişənlərin ikinci ömrünün fraqmentləridi.O fraqmentlərin müəllifi də Yasin Qarayevdi.

Həyatda özünü təsdiq etməkvə həm də özünü sevdirmək hər kəsə nəsib olan iş deyil. Mənim düşüncəmə görə, YasinQarayev bir aktyor, bir sənət adamı kimi gəlib bu dünyaya. Onun valideynləri Azərbaycanxalqına Allahın lütfü ilə bir aktyor, bir sənətkar olaraq bağışlayıbdı. Bu fikrimiyəqin ki, səmimi qəbul edərsiniz. Çünki aktyorluq təkcə kimlərisə yamsılamaq, kimlərəsəözünü bənzətmək və yaxud da qrimlənib müəyyən gülüş doğuran hərəkətlər etmək deyil.Aktyorluq həm də Allah vergisidi. Allah sevib-seçdiyinə verir o istedadı, o qabiliyyəti.Bax, bu mənada aktyor doğulmaq artıq təqdim edəcəyin, obrazını yaradacağın tiplərində dünyaya gəlişi deməkdi. İstedad sahibləri özləri istənilən əsərə diqqət yetirəndəonların özü ilə birlikdə o iç dünyaya gəlib iç dünyalarında məqam gözləyən tiplərində cizgilərini görürlər. Və ona görə də rol bölgüsündə məhz o tiplərin üzərindədayanırlar. Daha nə gəldi, necə gəldi rol almaq xatirinə özlərini irəli atmırlar,gözə soxmurlar. Doğrudur, hər bir aktyorun, ümumiyyətlə,sənətadamının içində bir arzu doğur. Bu mənada istənilən özünü təsdiq etmiş aktyor dünyasəhnəsinin ən şah əsərinin qəhrəmanını da yaratmaq istəyini öz içində yaşadır. Ammaonu məhz həmin o arzu edilən səviyyədə ortaya qoymaq, tamaşaçıya sevdirmək artıqistedadın, zəhmətin bəhrəsidi. Bu zəhmət və istedad aktyorun canında varsa, auditoriyadaöyrəndiyi işinə yarıyacaq. Yox, bunlardan biri yerində deyilsə, onda o, arzu olaraqda ölüb gedəcək. 


Deməli, dəfələrlə izləmişəm.Xüsusilə Qarabağ mövzusu ilə bağlı səhnəyə qoyulan əsərlərdə Yasin Qarayev həttassenari müəllifinin, rejissorun görmədiyi, tutmadığı çalarları da rolun canına hopdurur,qəhrəmanın bir jestində təqdim edir. Məsələn, onun oynadığı rollardan birində hədiyyəolunmuş boyunbağını qoparıb hədiyyə edənin üstünə atması və yaxud son nəfəsini yaşayanananın öz ocağında tək qalması üçün yalvarışlarına və övladların onun qoyub getməsiniisrar etməsinə aktyorun həqiqi bir övlad təşnəsi ilə reaksiyası zənnimcə o tamaşanınən unudulmaz məqamları idi. Ümumiyyətlə, Yasin müəllim mənim bir tamaşaçı nöqteyinəzərimə görə, övlad və valideyn obrazlarını son dərəcə inandırıcı, real yaradır.Adama elə gəlir ki, səhnədə gördüklərim elə səninlə həyatda qarşılaşan həmin o qəhrəmanınözüdü. Bu, aktyorun inandırmaq qabiliyyətinin, ustalığının bəhrəsidir. Digər tərəfdənonun yaratdığı sürücü obrazlarında da bu sənətin nümayəndələrinin bütün tipik xüsusiyyətləriən incə nöqtələrinə qədər tamaşaçı önünə çıxarılır. Və…

Bugünlərdə 70 yaşını qeydedəcək xalq artisti, Prezident təqaüdçüsü, sevilən aktyorumuz və nəhayət mənim dostumYasin müəllimin yaradıcılığı ilə bağlı bir neçə qəzet səhifəlik yazı yazmaq onunpərəstişkarı kimi mənə heç də çətin deyil. Amma mən özüm duyduğum, özüm bildiyim,özüm hiss etdiyim kimi bir yazı yazmaq istədim. Necə alındı və yaxud alınmaldı bilmirəm.Bircə bildiyim odur ki, Azərbaycan teatrının oturuşmuş, tamaşaçı sevgisi qazanmışdəyərli bir sənət adamı var və o bu gün də xalqının və tamaşaçısnın xidmətindədi,onun adı da, ünvanı da birdi – Xalq artisti Yasin Qarayev!

… Sevinirəm ki, dostum70 yaşını bizimlə birlikdə qeyd edir.

P.S. Dostum Yasin Qarayevmənə demişdi ki, bütün uğurları may ayı ilə bağlıdır. Bu ayın onun həyatında özəlyeri var və layiq görüldüyü, qazandığı bütün uğurlara görə öncə Allahına, sonraona bu mükafatları təqdim edənlərə, xüsusilə ölkə rəhbərinə həmişə minnətdardır.

 

TƏQVİM / ARXİV