adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2016 11:07
33401
HÜQUQ
A- A+

Tanınmış alimə qarşı 120 minlik dələduzluq

Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub.Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.