adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 May 2016 16:33
47527
TEXNOLOGİYA
A- A+

İlk yerli antivirus proqramı yaxında istifadəyə veriləcək

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin cert.gov.az mərkəzinin "Multi-funksional Analiz Programı" yaxın zamanda istifadəyə veriləcək.

 

Agentlikdən verilən məlumata görə, mərkəzin "Malware Lab”ın interfeysini və funksionalını hazırlayıb bitirdiyi bu antivirus layihəsi AV sahəsində Azərbaycanda bir ilkə imza atmaq üzrədir.

 

Hazırda funksionalda və interfeysdə bir sıra yoxlama və test əməliyyatları o cümlədən proqramın beynəlxalq şirkətlərin birində rəsmi təsdiqlənməsi (verifikasiyası) məsələləri üzərində işlənilir.

 

İlkin olaraq şərti adı "Multi-funksional Analiz Programı" adlandırılan bu tətbiqin əsas funksionallığı cert.gov.az "Malware Lab”ın daha öncə istifadəyə verdiyi "MEL" və "MAK" tətbiqlərindən fərqli olaraq texniki bazası olmayan istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama - malware reporting, məlumatlandırma modulu - CERT news və s.) analiz imkanlarından ibarət olacaq.