BU DA BELƏ BİR DÜNYADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
50852 | 2016-05-11 09:24
Bəli, heç inanmağım gəlmir. Elə bil dünən idi. Bir iynə boyu bu gündən arxada, yəni xəyal və fikir sürəti ilə hesablayanda az qala iynə boyu da uzaq görünür. Amma neyləyim ki, mənim o fikirləşdiklərim, o düşündüklərim həmin o iynə boyu məsafəni qət edə bilmir. Çünki qət etmək istədiyimiz məsafə Qarabağa gedib çıxır. Lap dəqiq desəm, Füzuli şəhərinin mərkəzinə. O mərkəzin də tən ortasında yerləşən iki mərtəbəli binag Bu binada yerləşən "Araz" adlı redaksiya və bu redaksiyada çalışan söz adamları. İndi mən onların öncə adlarını xatırlayıram - qəzetin redaktoru Məcnun Namazəliyev, redaktor müavini Cəmil Əhmədov, məsul katib Xurşud Babayeva, kənd təsərrüfatı şöbəsinin müdiri Mais Kazımov, şöbə müdiri Vaqif Mehdiyev, jurnalistlər Sabir Rüstəmov, Mahmud Qacar, Nəsibə Balabəyli, Elman Məmmədov, Süleyman Hacıyev, Eldəniz Məstəliyev, Natiqə xanım, fotomüxbir Əlövsət və bir də öncə qəzetdə redaktor müavini olmuş, sonra isə mətbəəyə direktor təyin edilmiş Oqtay Əliyev

Mən bu adamların artıq bir neçəsinin haqqa qovuşduğunu da bilirəm. Bu gün sözün içində olanlarından da xəbərim var, sənətini dəyişənlərdən də. Və bütün bunların fonunda mən bir dünyanın necə rəngarəng olduğunu da yaddaşıma, ürəyimə hopdurmuşam. Həmin o dünya "Araz" qəzetinin dünyası idig burdakı adamların dünyası idi. Lap redaktorun sürücüsü işləyən Cəmil Babayevdən tutmuş süpürgəçiyə qədər hər kəs burda öz yerində, öz aurasında olurdu. Öz yerində olmaq həm də hamının yerində görünmək kimi bir səmimi şəraitin göstəricisi idi. Adama elə gəlirdi ki, burda işləyənlərin hamısı məhz bir-birinin yanında olmaq üçün doğulublar. Onların zarafatları da, giley-güzarları da, xoş günləri də, bir-birinin könlünə toxunduqları anlar da bir harmoniya təşkil edirdi. Şəxsən mən indinin özündə ha düşünürəm, ha diqqət yetirirəm o cür bir-birini tamamlayan, bir-birinə doğma olan, bir-birini yola verən kollektiv tapa bilmirəm. Bəlkə də bunun bir səbəbi mənim nəsə nostalji hisslərlə yaşamağımdı. Yəni mən o dünyadan qopub ayrıla bilmirəm. Bəlkə bir səbəbi də bugünün adamlarının iş üsullları, dünyaya, hadisələrə baxışlarının dəyişməsi və bir az da madiyyatın önə keçməsidi. Bax, bu mənim müəyyən mənada gəldiyim qənaətdi. O qənaətin məğzi də, mahiyyəti də hardasa unutqanlıq, dəyişkənlik, şəraitə və tələbə uyğun yaşam qurmasıdıg Hər nə isəg

Mən bütün bunların nə demək olduğunu, mənim üçün hansı anlam daşıdığını atüstü söyləyib gəlirəm mətləb üstünə. Bu mətləb çox dəyərli Oqtay müəllimin mənimlə söz camiyəsindəki ilk görüşündən üzü bu günə gələn yolun həm özüdü, həm onun dolanbaclarıdı, həm də o yolun ömrümüzdəki izidi. Təsəvvür edin ki, mən orta məktəb şagirdi kimi "Araz" qəzetinə yazı göndərib əlimdə məktəbli dəftərində yazdığım məqaləni, şeiri aparıb təqdim edəndə görüşdüyüm qəzet əməkdaşlarından biri də Oqtay Əliyev olub. Sonra həyat elə gətirib ki, mən "Araz" qəzetində işləməli olmuşam və mənim əmək kitabçama Oqtay Əliyevin imzası düşübdü. İşə qəbul olunmağımla əlaqədar yazılmış əmri Oqtay Əliyev imzalayıb. Sonra bir-birimizin evini, ailəsini tanımışıq. Mən kənddən rayon mərkəzinə gəldiyim üçün tez-tez israrla məni evinə nahara dəvət edib, şəxsi maşınında məni rayon mərkəzindən 18 kilometrlik məsafədə yerləşən kəndimə də aparıb. Çünki iş elə olub ki, avtobusa çata bilməmişəm, redaksiyada ləngimişəm. Bax, belə məqamda diqqətini əsirgəməyibg

Sonra məni Xankəndinə də yola salıb, bütün redaksiya üzvləri ilə birlikdə. Onda hadisələr yenicə başlamışdı və səni redaksiyanın önündən döyüşə yola salırmışlar kimi bütün "Araz"çılar binanın önündən "hələlik" deyib kövrəlmiş halda yola saldılarg Sonra hadisələr bir az da qızışdı, ara-sıra görüşdük, nələr baş verdiyini, niyə baş verdiyini çözməyə çalışdıq. Amma heç nə bizim istədiyimiz kimi, bizim iradəmizin tələb etdiyi kimi olmadı. Dünya namərd çıxdı və biz Füzulini itirdikg və biz o ikimərtəbəli binanın xatirələrini özümüzlə gətirdik Bakıyag Və bu gün Hə, bu gün Oqtay müəllimin 70 yaşı tamam olur. Mən bu 70 ilin son 23 ilini özüm üçün də, elə onun üçün də ömür saymıram. Çünki Füzulidən uzaqda keçən ömür mənə görə ömür deyil. Sadəcə biz işğaldan sonra xatirələrə və içimizdəki ümidə söykənib yaşayırıq. İnanırıq, özü də gün işığına inandığımız kimi inanırıq ki, biz qayıdacağıq ora. Düzdü, indi həmin o yaş, o həvəs, o arzular yoxdu. Hamısı getdi fələyin badına. Amma indi nəvələr varg onların istəkləri varg bir də bizim orda qalan bizlərimizg Özülünü qoyduğumuz evlərimiz, yurdlarımız. Biz ora qayıtmalıyıq ki, o özülün üstündə nəvələr ev sahibi olsun və bizim günahlarımızı bağışlasınlar, onları 23 il Füzulisiz qoyduğumuza görəg

Və bir də mən bu yazını Oqtay müəllimin 70 yaşını nəzərdə tutub yazmaq niyyətində idim, amma yaza bilmədim. Çünki yazmalı, xatırlamalı sözlər də, məqamlar da o qədərdi ki, hansından başlayıb hansında bitirəcəyimi qərarlaşdıra bilmirəm. Ona görə də o yazını saxlayıram Füzuliyə. Bu gün isə bir dost kimi, bir həmkar kimi və nəhayət Oqtay müəllimin yaradıcılığına rəğbəti olan oxucu kimi onun 70 yaşını təbrik edir və bu münasibətilə işıq üzü görən kitabına da "uğurlu olsun!" deyirəm. Necə deyərlər, bu da belə bir dünyadı Oqtay müəllim. Bir az yaşayırıq ailə üçüng bir az yaşayırıq nəvələr üçüng bir az yaşayırıq dostlar, doğmalar üçüng bir az yaşayırıq sevdiklərimiz və sevənlər üçün.. və bir az da yaşayırıq ən böyük arzumuza - Qarabağımıza qovuşmaq üçün! Yəqin ki, bu 70 yaş bizim üçün Qarabağın qələbə tarixiylə üst-üstə düşəcəkdi.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV