Hər ötən günömürdən gedir. Bunu mən demirəm. Bunu hamı deyib, deyir və yəqin ki, deyəcəklərdə. Amma bu deyilən sözün arxa qatını düşünəndə bir az kədərlənirəm, bir az təəssüflənirəmvə bir az da içimdə inamsızlıq baş qaldırır. Çünki ömürdən gedən təkcə gündeyil axı. Həm də itirdiklərimizdi, qovuşa bilmədiklərimizdi, üstəlik əlimizdənalınanlardı. Və ən vacibi xəyalla, arzuyla, sevgiylə bələyib özümüzə doğmasanıb sonda isə bizə arxa çevirənlər, bizi atanlar və yaxud da bizim görmək istədiyimizsəviyyədə olmayanlardı. Deyəsən fikirlərim bir az qarışıq oldu. Amma yox...
Tutaq ki, içindəbir niyyət tutursan və sonra o niyyəti gerçəkləşdirirsən, böyüdürsən, başınafırladırsan. Və günlərin birində bütün bu çəkdiklərin hamısı sabun köpüyünəçevrilir, əriyib gedir. Və sən ömrünü verdiyini, ömründən ayırdığını ötən günhesab etmək istəyirsən, alınmır. Çünki o, ötən gün deyil, elə ömrün bir hissəsidi.Və bir də...
Doğrudur, dərindəndüşünəndə ömür elə günlərin, ayların, illərin toplusudu. Amma lap dərindəndüşünəndə həmin o günlər, aylar, illər bəzən ömrü ifadə etmir, ömür olmur.Yaşantı olur, yaşam olur. Ömür odur ki, sənin ola-ola sənin ətrafının daolur... sənin ola-ola sənin sevdiklərinin də, səni sevənlərin də olur. Bax, buharmoniyanın içində cəm olan günə, aya, ilə mən ömür deyirəm, bunu mən ömürsayıram. Nə bilim, nə qədər doğruyam, nə qədər haqlıyam, bunu müzakirəyəçıxarmıram. Amma qənaətimi yazıram, qənaətimi deyirəm və əminəm ki, mənimlərazılaşmayanlar kifayət qədər olacaq. Olsun. Hər kəsin öz baxışı, hər kəsin özölçüsü var. Və hər kəs də özünə görə haqlıdı...
Bəli, ömür söhbətinigün söhbətinə calamaqda bir məqsədi qabardıram. O da son aylardayaşadıqlarımızdı. Sənli, mənli, bizli içərisində olduğumuz 2016-nın müəyyənzaman kəsiyini yaşadıq, ömrümüzə çevrildi. Və biz bu yaşananların içərisindəacıyla şirinin, sevinclə kədərin, məğlubiyyətlə qələbənin necə paralelləşdiyini,necə yanaşı addımladığını da gördük. Xüsusilə, cəbhədə, səngərdə... Atılan gülləsəsləri, partlayan mərmilər həm göz yaşıydı, həm də sevinc. Çünki biz gücümüzügöstərirdik. Bu, sevinc idi... Çünki biz ağlayırdıq... çünki ciyərparələrimiz şəhidolurdu. Deməli, bir anda yaşanan bu hiss mənə az qala bir ömrü xatırlatdı, birçinar ömrünü.
Baxıb gördüm ki,bu çinarın əzəməti də, vüqarı da, çevrəsi də, hətta yarpaqları da tamam fərqlidi.Onun qarşısında ancaq susub durmaq, onunpıçıltısını dinləmək lazımdı. Yarpaq dili ilə söylədiklərini eşitmək vəhəmin eşitdiklərinin içində qəhrəmanlığa, vüqara, ümidə, işığa çevrilmək...Bax, bu artıq ömürdü. Özü də yenə deyirəm, yaşanan ömür. Bunun üçün "ötəngün" ifadəsi heç uyğun gəlmir...
Hə, mən bax,bütün bu fikir topasının içərisində ildırım kimi çaxan bir sözün əsiriyəm, birməqamın girovuyam. O da gözümün önündə baltalanan bir ağacın mənə etdiyi təsirdi,mənə vurduğu zərbədi, məni köklədiyi havadı. İnanın ki, o baltanın səsi də,onun tiyəsinin parıltısı da gözümün önündən, qulaqlarımdan getmir. Elə bil ki,o baltanı vuran qolunun gücünü göstərmək istəyirdi, özünün hikkəsini nümayişetdirirdi. Və yaxud da ömürdən gün doğrayırdı.
Mən bunlarıduyğularımın gücünə deyirəm. Bəlkə də heç belə deyil. Amma həmin o duyğular, omüşahidə etdiklərim içimdən misralara çevriləndə ömür üçün, ömürlər üçün, eləözüm üçün də daxilən üzüldüm. Niyə biz ömrümüzü belə notlara kökləyirik vəsonra da onu misralara köçürürük?
Çiçəkləri
tumurcuq görmədi
yarpaqları
puçurlamadı,
meyvələri
dərilmədi,
budaqları
bir kəlmə də
pıçıldamadı-
bu il kəsilənağacların...
kölgəsi
dibinə düşmədi
qanadları
quşların səsinieşitmədi
yuvalar asılmadı
qoynundan
sinəsini
ağacdənlər deşmədi-
bu il kəsilənağacların...
yeri görünür,görünmür
var idi, yoxsayuxudu?
hopubdu göyünüzünə-
tüstüsü, bəlkə dəruhudu
bu il kəsilənağacların!..
Bəli, belə baltalanır ömürlər. Və sonra da deyirikki, hər ötən gün ömürdən gedir. Görəsən gedirmi?..