Qırılan ömrün xatirəsi

ƏBÜLFƏT MƏDƏTOĞLU
91624 | 2016-05-06 16:43

İstirahət günü olmasınabaxmayaraq səhər tezdən oyanmışdı. Elə yatağındaca bu gün görəcəyi işləri özü üçünplanlaşdırırdı. Fikri var idi ki, Gədəbəyə getsin, özü də ailəvi. Ona görə də əliniuzadıb mobil telefonunu götürdü. Sadiqə zəng vurdu. Nömrəni əzbər bilirdi. Gədəbəyəgetmək barədə iki dost, həm də yeznə-qayın razılaşdılar. Sadəcə, onun təklifinərəğmən Sadiq bildirdi ki, kiçik bir problem var. Onu həll edim, hardasa bir saatçəkər, sonra gələrəm, gedərik – dedi. Razılaşdılar. Necə deyərlər, artıq günün planıməlum idi. Ona görə də yuxudan oyanıb onun üstünə qaçaq balaca Xatirəni sinəsininüstünə qaldırdı. Boyunu sevməyə, tellərini sığallamağa, danışdırıb güldürməyə başladı.Həyatlarının, yəni xanımı Validə ilə Fərmanın ciyərparəsi olan Xatirə onlar üçünbir mələk idi, bir sevinc, bir əyləncə, bir də qayğıları qovan, uzaqlaşdıran birmöcüzə idi. Ona görə də gənc ata da, ana da Xatirəni bir an da olsa gözdən uzuğaqoymurdular…

Haşiyə: Mənə eləgəlir ki, hər bir ad insan taleyinin müəyyənləşməsində mütləq mənada rol oynayır.Bax, bu mənada Fərmanla Validənin qızlarına verdikləri ad da onların talelərininbir ifadəsi, bir təqdimatı oldu. Bunu mən sözgəlişi yazmıram, demirəm. Çünki başverən hadisələr və onların məntiqi nəticəsi artıq sübut etdi ki, bu balaca qızcığazınadı da Xatirə oldu, özü də bir sevginin, bir gənc ailənin xatirəsinə çevrildi…

Bəli, deyilən vaxtdaSadiq artıq həyət qapısının önündə onu gözləyirdi. Qızının üzündən öpüb Validə xanıma,bir azdan qayıdıram, - deyib evdən çıxdı. Əvvəl-əvvəl doğma şəhəri, yəni Gəncənigəzmək, ötən gecədən sonra nələr baş verdiyini öyrənmək istədilər. Elə hər şey dəbundan sonra başladı. Kiminlə qarşılaşdılarsa, hamı müharibədən danışdı. Əvvəl-əvvəlinanmadılar. Axı aprelin 1-i idi. Sonra mövzunun hamı tərəifndən danışıldığını,maşındakı radiodan tutmuş televizora qədər hər kəsin cəbhə bölgəsində düşmən təxribatınınqarşısını almaq üçün Azərbaycan ordusunun qəti tədbirlər görməsini söyləməsi dostlarıçaşqın bir duruma saldı. Öncə nə edəcəklərini bilmədilər – oturub gözələmək, yoxsaGədəbəyə, öz işlərinin ardınca getmək?!

Bu iki fitkrin arasındagötür-qoy etdikləri zaman kəsiyində Fərman qəflətən qərar verdi:

- Gedirik Tərtərə!

Sadiq dönüb ona baxdı.Baxışları ilə sanki demək istəyirdi:

- Doğrudan? Nə üçün?

- Gedək, bəlkə birköməyimiz dəydi. Həm də real vəziyyətdən yerində xəbər tutarıq – dedi Fərman.

Bəli, artıq qərarqəbul olunmuşdu. Onlar fikirləşmədən üzü Tərtərə istiqamət götürdülər. Özü də heçkimə bir kəlmə söz də demədən…

Haşiyə: Fərman Elçinoğlu Əsədli 1990-cı ilin sentyabr ayının 10-da Gəncə şəhərində doğulmuşdu. Samuxrayonundakı Sərkar kənd orta məktəbini bitirmişdi. Sonra Gəncə Dövlət Universitetindətəhsil almışdı. Ali təhsilini başa vurub əsgəri borcunu da yerinə yetirmişdi.2012-ci ilin sentyabrında ailə qurmuşdu. Özü də sevdiyi, könül verdiyi Validə xanımla.Ona görə bu fikri xüsusi vurğulayıram ki, Fərman hələ uşaqlıq illərindən son dərəcəhəssas, qayğıkeş, həm də qərarlı bir vətəndaş kimi böyümüşdü. Qarşısına qoyduğuməqsəddən heç vaxt geri çəkilməzdi. Sevgisində də belə olmuşdu. Müəyyən problemləriaşaraq istəyinə çatmışdı. Və onların yadda qalan toy mərasimləri həmin sevgininşirin anlarını, həyatlarına Xatirə adı ilə daxil olan bir gül parçasının dünyayagəlişi ilə daha da təravətli, daha da səmimi etmişdi. Hər kəs görmüşdü ki, bu sevgiTanrıdan gəlib və Tanrı bu sevgini Xatirə ilə mükafatlandırıb.

Fərman Elçin oğluişlədiyi kollektivdə də bacarığıyla, adamlaraolan münasibətiylə, istiqanlılığı ilə də seçilirdi. Elə bil Allah onu dost, yoldaşolmaq üçün bu dünyaya göndərmişdi… elə bil Allah onu imkansızlara, ehtiyacı olanlara,kömək, yardım istəyənlərə əl tutmaq, dayaq olmaq üçün göndərmişdi… elə bil Allahonu ailəsinə, Validəsinə, Xatirəsinə pərvanə olmaq üçün göndərmişdi… elə bil Allahonu içindəki qeyrəti, təpəri, canındakı odu-alovu Vətəninə, torpağına fəda etməküçün göndərmişdi…

Bəli, artıq Tərtərəyaxınlaşırdılar. Yol boyu qarşılaşdıqları mənzərələr, adamların üz-gözündəki təlaşön xəttə doğru hərəkət edən hərbi maşınlar, əsgərlər, bir sözlə gördükləri hər şeymüharibənin bir addımlıqda olduğunu aşkarca hiss etdirirdi. Yəni, bu görünənlərhardasa onlara dur, dayan demək üçün yetərli idi. Amma onlar dayanmadılar, durmadılar.Tərtər şəhərinin içərisindən keçib atəş səslərinin ara vermədən guruldadığı istiqamətəüz tutdular. İrəlilədikcə güllə səsləri, mərmi gurultuları daha aydınca eşidilirdi.Sanki o mərmilər üzü səngərə doğru irəliləyən «Niva» markalı maşının sağına-solunadüşürdü. Bunun özü də durmağa, dayanmağa bir səbəb ola bilərdi. Amma Fərman da,Sadiq də geri dönmək niyətində deyildilər. Onlar səngərin beş addımına çatanda gördülərki, yolda hərbi post qurulub. Gənc əsgərlər heç kimi döyüş zonasına buraxmır. Maşınıbir kənarda saxlayıb əsgərlərə yaxınlaşdılar. Fərman da, Sadiq də əsgərləri dilətutub həmin əraziyə getmək istəyən adamların səs-küyündən, bəzən də yersiz, həttaəxlaqa uyğun gəlməyən hərəkətlərindən narahat oldular. Ona görə də əsgərlərin doğruhərəkət etdiklərini izah etməyə, əsgərlərlə birlikdə mülki adamların güllə altınagetməsinin doğru olmadığını söyləməyə, izahat işləri aparmağa başladılar. Bu ikicavan oğlanın hərəkətləri əsgərlərdə onlara bir inam, bir həmrəylik yaratdı. Çünkihəyəcanlanmış adamları inandırmaq, geri qaytarmaq əsgərlər üçün çox çətin idi.Belə bir vaxtda Fərmanın diqqətini döyüş bölgəsindən çıxaraq posta tərəf hərəkətedən «QAZ-3308» markalı bir maşının yarı yolda qalması çəkdi. Hiss olundu ki, hərbimaşın xarab olub. Bunu görən Fərman postun yaxınlığındakı mülki vətəndaşalara aidbir avtomobilin akkumlyatorunu götürüb dərhal əsgərlərin icazəsi ilə maşina tərəfşütüdülər. Hərbi maşının sürücüsü çıxılmaz vəziyətdə maşının güllədən qorunan tərəfindədurub qalmışdı. Onlar gətirdikləri akkumlyatoru elə güllə altındaca hərbi maşinayerləşdirdilər. Fərman sükanın arxasına keçdi və sürətlə güllə altından uzaqlaşmağabaşladılar. Onlara məlum oldu ki, bu maşında döyüşdə şəhid olmuş bir neçə əsgərimizincənazəsi qoyulub. Birlikdə cənazələri Tərtərdəki N saylı hərbi hissəyə gətirdilər.Sürücü əsgər Şirinov onlara göstərdikləri köməyə görə necə təşəkkür edəcəyini bilmirdi.Əvəzində Fərman əlini onun çiyninə qoyub:

- Bu, hamımızın borcudu,qardaş, – dedi.

Yenidən geriyə, postatərəf döndülər. Amma bu dəfə Fərman Sadiqə bircə kəlmə dedi:

- Cibində nə qədərpulun var?

Təbii ki, sualıncavabı məlum idi. Hər ikisi ciblərindəkipulları çıxardılar. Onun üstündən on manat götürüb bir kənara qoydular:

- Bu, benzin pulu– dedi, Sadiq. Ardınca da əlavə etdi ki, indi qalan pula alış-veriş edərik. Marketlərinbirinin qarşısında dayandılar. Həmin ayırdıqları pula siqaret, kolbasa, su, çörəkvə digər ərzaq məhsulları aldılar. Maşının baqajını açıb aldıqları məhsulları orayayerləşdirdilər. Fərman dedi:

- İndi sür, gedək!

Və maşında onu davurğuladı ki, əsgərlərimizin kifayət qədər ərzağı var. Amma indi döyüş gedir. postdadayananlara, səngərə gedənlərə nə isə lazım ola bilər. Qoy bu da bizim köməyimizolsun…

Haşiyə: DostlarıFərman barəsində yana-yana, necə deyərlər, ürəklərinin acısını gizlədə bilmədəndanışırlar. Kamran deyir ki, Fərman çox vətənpərvər, qeyrətli, həm də inadkar oğlanidi. Sözündən, mövqeyindən bir addım da olsa geri çəkilməzdi. Cibinin son qəpiyini də dost üçün, imkansız üçün,ehtiyacı olan üçün xərcləyərdi, özünü heç kimdən üstün tutmazdı. Özünə görə, ailəsinəgörə orta səviyyəli bir şəraiti var idi. Ona görə də o, adamların ehtiyacını sankiüz-gözlərindən oxuyurdu və çalışırdı ki, heç kimə özünün maddi üstünlüyünü, mənəviüstünlüyünü göstərməsin. Əksinə, hamıya qaynayıb-qarışır, hamı ilə bir səviyyədəolurdu. Evdə də belə idi, xeyridə-şərdə də, işdə də. Zarafatından da qalmazdı, deyib-gülməyindəndə. Amma ciddiliyinə, qətiyyətinə hamımız həsəd aparırdıq. Onun şəhid olması xəbərinieşidəndə sanki yer ayaqlarımızın altından qaçdı. İnana bilmədik. Amma eşitdiyimizgerçək oldu. Bir onunla təsəlli tapıram ki, Fərman Elçin oğlu şəhidlik zirvəsinəyüksəlməklə özünün adını ürəklərə, tarixə yazdı.

Bəli, hardasa 10saata qədər vaxt keçmişdi. Bu müddət ərzində onlar gücü çatan köməkliyi göstərir,postda dayanan əsgərlərin köməyinə çatır, yaralıların və yaxud da hansısa bir hərbçininmüəyyən məntəqələrə vaxtında çatmasına köməklik göstərirdilər. Artıq hava qaralmışdıvə onların burada bir mülki vətəndaş kimi görə biləcəkləri elə bir iş qalmamışdı.Ona görə də yorulub əldən düşmüş dostlar geri qayıtmaq, onlardan nigaran olan ailələrininbaşının üstündə olmaq qərarına gəldilər. Fərman maşının açarını Sadiqə uzatdı:

- Yorulmuşam, indidə sən sür!

Öncə Sadiq etirazetdi. Amma keçərli olmadı. Çünki Fərman artıq sərnişin yerində əyləşmişdi. Sadiqməcbur olub «Niva»nı işə saldı. Postdan xeyli aralanmışdılar. Bu vaxt onlara qarşı,yəni üzü posta tərəf yolun kənarı ilə hərəkət edən bir zabiti gördülər. Kapitanrütbəli bu zabit Mübariz Vaqif oğlu Rəhimov idi. "Fərman maşını saxla” - dedi. Sadiqəyləci basdı. Zabitlər salamlaşdılar. Hara gedəcəyini soruşdular. Kapitan MübarizRəhimov onlara diqqətlərinə görə təşəkkür etdi. Amma Fərman əl çəkmədi. Sizi yoldaqoyub gedə bilmərik. Aparıb posta düşürüb qayıdaq. Cavanların israrını görən MübarizRəhimov "Niva”ya əyləşdi. Maşın yenidən posta tərəf istiqamət götürdü. Şıxarx istiqamətindəhərəkət edərkən qəflətən "D-30” top mərmisi maşının yaxınlığında partladı. Düşməninatdığı bu mərmi bir anda ətrafı toz-dumana bürüdü. Qəlpələr maşını dəlib deşmişdi.Fərman hərəkətsiz vəziyyətdə idi. Mübariz Rəhimov yerində donub qalmışdı. Sadiqingicgahından qan axırdı. Bir anlıq sükutdan sonra Sadiq Fərmanı silkələdi:

- Fərman, Fərman!

Güclə cavab verdi.Hiss olunurdu ki, danışa bilmir.

Maşın Tərtər Mərkəzi xəstəxanasına doğru sürətləirəliləyirdi. Sadiq onu ölümün pəncəsindən almaq istəyirdi. Amma Fərmana həkim yardımıkömək edə bilmədi…

Həmin axşam bütüntelekanallarda gedən ağır döyüşlərlə bağlı məlumatların içərisindən bir xəbər dəgəlib keçdi:

- Düşmənin atdığımərminin partlaması nəticəsində Fərman Elçin oğlu Əsədli şəhid olmuş, Sadiq Əliyevağır yaralanmışdır…

Bəli, xəbər ildırımsürəti ilə yayıldı. Gəncədən Tərtərə dostlar, qohumlar axışıb gəldi. Heç kim buxəbəri Validə xanıma, nə də Xatirəyə deməyə ürək eləmirdi. Çünki onlar hər ikisiFərmanı gözləyirdilər. Gəlib onları Gədəbəyə aparacaqdı. Təəssüf… Bir ömür yarımçıqqaldı… bir ailənin sevinci mərmi partlayışına tuş gəldi… və bir Xatirə adlı körpəxatirəyə çevrildi… Fərmanın xatirəsinə… həm də Fərman özü Xatirə üçün xatirəyəçevrildi...

…Bütün bunlar hərbiçiolmuş, hərbi qanunları yaxşı bilən Elçin müəllim üçün, onun digər övladları üçün,elə xanımı üçün də ağır zərbə olmaqla yanaşı, həm də Vətən üçün, torpaq üçün böyütdüklərioğulun şəhidlik zirvəsinə yüksəlməsi deməkdir. Onların qəddi bükülsə də, ürəklərinsızıltısı ara verməsə də, başlarını dik tutmağa haqları var. Bu haqqı onlara Fərmanverib – öz Şəhidliyiylə. Yəqin ki, bütün şəhidlərimiz kimi Fərmanın da haqqı vəxatirəsi öz qiymətini alacaq.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV