adalet.az header logo
  • Bakı 13°C
03 May 2016 18:50
7500
GÜNDƏM
A- A+

Ağsuda çoxmənzilli binaların əsaslı təmirinə 2 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.