adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 May 2016 18:39
7711
İDMAN
A- A+

Olimpiya məşəli Rio-de-Janeyroda

Yay Olimpiya Oyunlarının rəmzi olan olimpiya məşəli Yunanıstandan yarışların təşkil olunacağı Braziliyaya aparılıb.

Qol.az-ın verdiyi məlumata görə, ilk olaraq Olimpiya Oyunlarının vətəni Yunanıstanda alovlandırılan məşəl artıq Braziliyadadır. 

Ölkə başçısı Dilma Roussefin prezident sarayında alovlandırılacaq məşəlin ölkə daxili turuna start veriləcək. Üç ay ərzində Braziliyanın 329 şəhərində 12 min nəfərin daşıyacağı məşəl turu avqustun 5-də başa çatacaq.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək.