adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 May 2016 16:36
7601
İDMAN
A- A+

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi qalib oldu

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi” mükafatına layiq görülüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, bu il martın 24-cü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi” mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub. Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix” nominasiyasıdır.