adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 May 2016 16:11
4292
MƏMLƏKƏT
A- A+

AZAL Gürcüstan bazarının 3%-ə nəzarət edir

"Turkish Airlines" Gürcüstanın bazarının mütləq lideridir.

 

Adalet.az xəbər verir ki, cari ilin I rübünün yekunlarına əsasən, Türkiyənin aviadaşıyıcısı Gürcüstanda hava nəqliyyatı ilə sərnişin daşınmasının 21%-ə nəzarət edir.

 

İkinci yerdə 13%-lə Ukraynanın "FlyUIA" aviaşirkəti qərarlaşıb.

 

Maraqlıdır ki, Gürcüstanın "Georgian Airways" bazarda 9%-lik paya malikdir.

 

İlk beşlikdə Türkiyənin iki şirkəti yer almağı bacarıb. Belə ki, aşağı büdcəli "Pegasus Airlines" bazarın 8%-ə nəzarət edir.

 

Beşinci yerdə 7%-lə Rusiyanın "S7" aviaşirkəti qərarlaşıb.

 

Onu da qeyd edək ki, AZAL-ın Gürcüstan bazarındakı payı 3%-dir.