adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 May 2016 16:00
7156
İDMAN
A- A+

UEFA-da 55-ci üzv ölkə

Kosova Futbol Federasiyası UEFA üzvlüyünə daxil olub.

 Sportnet.az-ın məlumatına görə, bu qərar Macarıstanın paytaxtı Budepeştdə keçirilən UEFA Konqresindəki səsvermənin yekunlarına əsasən verilib. 

Kosovanın üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib. 2 bülleten isə etibarsız sayılıb. Bununla da UEFA-ya üzv ölkələrin sayı 55-ə çatıb. 
 
İndi Kosova Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində iştirak edə bilər.