Azərbaycanda adam döyənlərin işi asanlaşır
Azərbaycanda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimələrin məbləği 2 dəfəyədək azaldılır.
Milli Məclisdən bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan layihəyə əsasən, sadalanan hala görə cərimələrin məbləğinin 300 manatdan 500 manatadək olması və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.
Məcəllənin hazırkı variantına görə isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24