adalet.az header logo
  • Bakı 18°C
03 May 2016 14:57
6984
İDMAN
A- A+

AFFA Əliyar Ağayevin qərarlarını ləğv etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın yaydığı xəbərə görə, FİFA referisi Əliyar Ağayevin Azərbaycan kubokunun 1/2 mərhələsinin "Neftçi” – "Qəbələ” matçındakı idarəçiliyi əsas müzakirə mövzusu olub.

PFL-in saytı xəbər verir ki, həmin matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində "Qəbələ”nin futbolçusu  Aleksey Qay və 86-cı dəqiqədə "Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

Aleksey Qaya və Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunub.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.