adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 May 2016 13:59
5344
SİYASƏT
A- A+

Prezident indoneziyalı səfirin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.

 

Adalet.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb və  ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirib.

 

Tərəfdaşlıq əlaqələrinə də toxunan prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu da dilə gətirib. Ölkələr arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

İndoneziya və Azərbaycan xalqlarının eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir Hüsnan Bəy Fanani iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini deyib və diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə dair söz verib.