adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 May 2016 10:27
6107
DÜNYA
A- A+

Bir ildə 175 jurnalist qətlə yetirilib

İsveçrənin "Press Emblem Campaign” qeyri-hökumət təşkilatı Ümumdünya Mətbuat Azadlığı günü ilə əlaqədar dünya ölkələri üzrə 2015-ci ildə öldürülən jurnalistlərin sayını açıqlayıb.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, ötən il ərzində 135 jurnalist qətlə yetirilib, bu ilin əvvəlindən isə 40-a yaxın KİV nümayəndəsi öldürülüb.

Ümumilikdə isə bir il ərzində 175 KİV nümayəndəsi qətlə yetirilib.

Jurnalistlərin fəaliyyət göstərməsi üçün ən təhlükəli ölkələr sırasında İraq, Yəmən, Liviya, Suriya və Somali ilk sıralardan yer alıb.