adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 May 2016 10:53
4120
MƏMLƏKƏT
A- A+

Ermənilərin Tərtərdə dağıtdığı evlər təmir edilir

"Tərtər rayonunda əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir və sakinlər gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. Ölkə başçısının səfərindən sonra sakinlərin ruh yüksəkliyi daha da artıb”.

Adalet.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Tərtərin icra başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, aprel ayında erməni təxribatı nəticəsində 256 evə, 4 məktəbə, 2 tibb məntəqəsinə, 1 uşaq bağçasına və 1 ticarət obyektinə ziyan dəyib.

M.Məmmədov qeyd edib ki, smeta layihələr hazırlanıb, aktlar tərtib olunub və ziyan dəyən evlərin yerlərin təmirinə başlanılır. Yaxın günlərdə təmir işləri başlanılacaq və insanlar öz evlərində yaşaya biləcəklər.

Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtərdə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.