adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 May 2016 13:01
28738
TEXNOLOGİYA
A- A+

YouTube yeni dizayna keçir

YouTube yeni dizaynı sınaqdan keçirir. Adalet.az "Android Police”ə istinadən bildirir ki, hazırda yeni dizayn azsaylı istifadəçilər üçün tətbiq olunur. 

Bəs yeni YouTube-da nə gözlənilir? Belə ki, axtarış sətri və düyməsi eynən Google-dakı kimi görünəcək. Yükləmə düyməsi isə üstündə ox işarəsi olan düyməylə əvəzlənəcək. Ən maraqlısı isə daha çox boş, ağ sahənin ortada olacağıdır. 

Saytın ümumi görünüşü də dəyişəcək. Əsas şəkil yuvarlaq olacaq, hər bir görüntü isə səhifəsinin ümumi rəng ahənginə uyğun olaraq özünəməxsus fon rəngində olacaq.