adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 May 2016 18:52
34487
HÜQUQ
A- A+

iqtisadi cinayətlərə görə məsuliyyət yüngülləşdiriləcək

Azərbaycanda iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdiriləcək.

Adalet.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasənNazirlər Kabineti,Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2016-2017-ci illərdə iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsini təmin etməlidir.Milli Məclis, Baş Prokurorluğa da bu tədbirlərin həyata keçirilməsinə dəstək vermək tövsiyə edilib.