adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2016 23:40
5557
MƏMLƏKƏT
A- A+

ANAMA 1 PHS zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

Adalet.az-ın  xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 30 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 14 460 kv. m ərazi yoxlanılıb.

Tərtər rayonu

Tərtər şəhəri - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 9 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Borsunlu kəndi - 8 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122-mm top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, nəticə etibarı ilə 1 090 kv.m. ərazi yoxlanılıb.

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi: 9 ev və həyətyanı sahə, 8 əkin sahəsində, 22 partlayış yeri, 1 ədəd partlamamış

hərbi sursat, 13 990 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 470 kv.m. ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri, 470 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-30 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.