adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Aprel 2016 22:39
16948
MƏDƏNİYYƏT
A- A+

Mədəni irsimizi təbliğ edən layihə yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "İsmayıllı-Qəbələ-Oğuz rayonlarının tarixi abidələrinin təbliği” layihəsinin bağlanış mərasimi olub.

Adalet.az xəbər verir  ki, Bağlanış mərasimində Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Ramin Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, sabahinfo.az saytının Baş redaktoru Yusif Məhəmmədoğlu, jurnalist Tural İsmayılov və başqaları iştirak ediblər.

Layihənin rəhbəri Fidan Yusifli bildirib ki, əsas məqsədi İsmayıllı, Qəbələ, Oğuz rayonlarının turizm ehtiyatlarının öyrənilməsi, tarixi və təbiət abidələri barədə geniş məlumatın əldə edilməsi, yeni turizm marşrutları barədə təkliflər hazırlamaqla bu marşrutların sayının artırılması, dini turizmin inkişaf etdirilməsi, eləcə də müvafiq qurumlara çatdırmaqla mövcud turizm potensialından daha geniş istifadə imkanlarının yaradılması və mədəni irsimizin təbliğidir.

Tədbir zamanı çıxış edən layihə rəhbəri qeyd edib ki, bu gün informasiya müharibəsində müdafiəçi yox, hücumçu olmaq lazımdır. O, informasiyanın nüvə silahından qat-qat üstün olduğu zamanda vətənimizin müdafiəsinin əsas məsuliyyətinin məhz gənclərin üzərinə düşdüyünü qeyd edib.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilməsi nəzərdə tutulan "İsmayıllı, Qəbələ, Oğuz rayonlarının tarixi abidələri” adlı kitabça paylanılıb.