adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Aprel 2016 20:35
7667
İDMAN
A- A+

Latviyada azərbaycanlı və erməni boksçuları döyüşəcək

Latviyanın paytaxtı Riqada mayın 7-də əsasını gənc azərbaycanlı məşqçisi Vəli Məmmədovunqoyduğu FLASH PROMOTION təşkilatının All for the Victory debüt turniri baş tutacaq.

Adalet.az Report-a istinadən xəbər verir ki, FLASH PROMOTION müxtəlif ölkələrdən olan istedadlı idmançıların turnirlər seriyasını planlaşdırır.

Tamaşaçıları FLASH TEAM komandasının nümayəndəsiPetros AnanyanınLatviyanı təmsil edənZaur Sadıxovla, həmçinin Olimpiya oyunlarının Azərbaycandan olan iştirakçısıSoltan Miqitinovlagənclər arasında dünya çempionuLendruş Akopyanladöyüşü gözlənilir.

Bu boks gecəsinin əsas intriqası ingilis boksçusuDenni Vilyamsınrinqə çıxmağı olacaq. O, 2004-cü ildə iyulun 1-dəMayk Taysonunokauta yollamışdı.