adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Aprel 2016 17:00
5030
HADİSƏ
A- A+

Dənizdə batan balıqçının meyiti tapıldı

Rezin qayıqla dənizə balıq tutmağa gedən və qayığın çevrilməsi nəticəsində batan şəxsin meyiti tapılıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, bu gün Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi">Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:45-də başa çatıb. ​