adalet.az header logo
  • Bakı 20°C
30 Aprel 2016 15:34
4757
MƏMLƏKƏT
A- A+

Yağış yağacaq, şimşək çaxacaq

Mayın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Mayın 1-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə isti, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.