adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Aprel 2016 15:29
16570
MARAQLI
A- A+

Təyyarədə doğuldu - Aviaşirkətin adını qoydular

Aprelin 22-də Sinqapurdan Myanmaya uçan "Jetstar” aviaşirkətinin təyyarəsində oğlan uşağı dünyaya gəlib.


Bu barədə məlumatı "Jetstar” şirkəti öz "Facebook” hesabında məlumat yayıb.

Məlumata görə, hadisə şirkətin tarixində ilk dəfə olaraq baş verib. Körpəyə nəqliyyat firmasının şərəfinə Sou Jet Star adı verilib. Doğuşu təyyarədə olan üç nəfərdən ibarət həkimlər dəstəsi həyata keçirib. Aviaşirkətin nümayəndələri körpəyə 750 dollar pul veriləcəyini də bildiriblər.

Doğuşdan sonra təyyarə Yanqon şəhərinə təcili eniş edib. Ana və körpə xəstəxanaya yerləşdirilib.