adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2016 12:27
6237
MƏMLƏKƏT
A- A+

Kredit qadağası uzadılacaq? - Video

Maliyyə Bazarına Nəzarət Palatasının direktorlar şurasının qərarına əsasən, dollarla kreditin verilməsi mayın 5-nə kimi qadağan edilib. Bu müddət ərzində kreditə tələbatı ödəmək üçün vətəndaşlar lombardlara, sələmçilərə üz tuturlar.

Maliyyə bazarına nəzarət palatasının Direktorlar Şurasının qərarına əsasən, 1 ay-yəni mayın 5-ni kimi dollarla kredit verilməsinin qadağan edilməsi vətəndaşların işini çətinləşdirir. Baxmayaraq ki, manatla kredit verən banklar var, ancaq bu prosesi həyata keçirən bankların sayı məhdudur. Nəticədə vətəndaşlar lombardlara, sələmçilərə üz tutmaq məcburiyyətində qalır, yüksək faizlə vəsait götürürlər.

Millət vəkili Əli Məsimlinin fikrincə, palata müəyyən etdiyi tarixi uzadarsa, bu vətəndaşların qarşılaşdıqları problemləri artıracaq

Palatanın tövsiyyəsinə əsasən pensiyaçılara kredit verilməsi də dayandırıla bilər. Problemli kreditlərinin artmasının qarşısını almaq üçün atılan bu addım pensiyaçıları yalnız təqaüdlə kifayətlənməyə məcbur edir.

Millət vəkili Əli Məsimli deyirki, əslində krediti ödəməkdə pensiyaçılar çətinlik çəkirsə, bu bankların məsuliyyətsizliyidir. Çünki kredit verərkən vətəndaşın krediti ödəmə qabiliyyətinin olub-olmamasını öyrənilmir. Əks halda kütləvi qadağa ədalətli sayılmır.