adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2016 12:25
5139
MƏMLƏKƏT
A- A+

May ayında əfv gözlənilmir - Əfv Komissiyası

Azərbaycanda may ayında növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər dolaşır.

Adalet.az xəbər verir ki, Azvision.az məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası üzvlərinin mövqeyini öyrənib.

Komissiyanın üzvü, deputat Elmira Axundovanınfikrincə, böyük ehtimalla may ayında əfv sərəncamı olmayacaq: "Hələlik Əfv Komissiyasının iclasları keçilirlməyib. Buna baxmayaraq, əfv sərəncamının verilməsi birbaşa prezident İlham Əliyevin müstəsna səlahiyyətinə aid olan məsələdir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğluda may ayında əfvin olacağının gözlənilmədiyini deyib: "Biz tədbirlər keçiririk, siyahımızı yeniləyirik. Gözləyək, görək nə olacaq. Amma, hələlik əfv sərəncamının veriləcəyini gözləmirik”.

Qeyd edək ki, ölkə başçısı sonuncu əfv sərəncamını Novruz bayramı ilə əlaqədar imzalayıb. Həmin sərəncam 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.