adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Aprel 2016 12:06
4950
HADİSƏ
A- A+

Cücə sexində yanğın baş verdi

Ucarda cücə sexində yanğın baş verib.

Bu gün səhər saatlarında rayonun Qarabörk kəndində 1979-cu il təvəllüdlü Sadiq Səfər oğlu Abdullayevə məxsus ümumi sahəsi 400 kvadratmetr olan sexdə güclü başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın zamanı tavana vurulmuş 150 kvadratmetr penoplast yansa da, yanğınsöndürənlərin səyi nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.