adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2016 12:05
8384
DÜNYA
A- A+

36 yaşlı qadına 100 il həbs

ABŞ-ın Kolorado ştatında 36 yaşlı Daynel Leyn 100 il həbs cəzasına məhkum edilib.

Evinə çağırdığı hamilə qadının bətnini kəsərək uşağını götürən Leyn barədə hökmü hakim Mariya Berkenkotter verib. Leyn adam öldürməyə təşəbbüsdən 48 il, hamiləliyi qanunsuz dayandırmağa görə 32 il həbs cəzasına məhkum edilib. Hökmün qalan hissəsini isə o, hücum etməkdə ittiham olunduğu üçün alıb.

Xatırladaq ki, Daynel Leyn hamilə qadınlar üçün paltar satmaq bəhanəsilə 27 yaşlı Mişel Uilkinsı evinə çağırıb. Qadınlar təxminən 1 saat söhbət etdikdən sonra Leyn ona hücum edib. Uilkinsın başına lampa ilə zərbə vuran Leyn daha sonra onu boğmağa başlayıb. Uilkins huşunu itirdikdən sonra isə Leyn mətbəx bıçağı vasitəsilə hamilə qadının bətnini kəsib uşağını oradan çıxarıb.