adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2016 11:24
6751
SİYASƏT
A- A+

Deputat: “Azərbaycan ordusunun səbri daşmışdır və artıq yetər deyirik”

Millət vəkili Qənirə Paşayeva Rizede Türk Ocaqlarının təşkil etdiyi və çoxlu sayda QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda iştirak edib.

Adalet.az xəbər verir ki, deputat ön cəbhədə baş verən son hadisələrlə bağlı çıxışında erməni yalanlarına ilə mübarizədə bütün türk dünyasını daha fəal olmağa çağırıb:

"Şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirəm. Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib. Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verən millət vəkili Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbiçilərimizi rəhmətlə anır və yaralılarımıza qısa zamanda şəfalar diləyirik deyib.

Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış səsləndirib.

Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırırıq deyib. Azərbaycanın ordusunun da, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar ordumuz tərəfindən daha ağır cavab alacaqlar.

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.

Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili indi əsl həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q.Paşayevanın çağırışına cavab olaraq tədbirin təşkilatçısı Rize Türk Ocakları başqanı çıxış edərək Riza Türk Ocaklarının bundan sonra Azərbaycan həqiqətlərinin geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha da fəal rol oynayacağını deyib. Millət vəkili Q.Paşayevaya Türk Dünyası qarşısından xidmətlərindən dolayı Rize türk Ocakları adından plaket təqdim ediblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.