adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Aprel 2016 11:08
15676
DÜNYA
A- A+

Paytaxtda bütün gecə klubları bağlandı

Argentinanın paytaxtı Buenos–Ayresdə bütün gecə klublarının fəaliyyəti dayandırılıb.

Buna səbəb gecə klublarından birində narkotik istifadəsi nəticəsində bir neçə nəfərin ölməsidir.

Klublara qoyulan qadağa meriyanın qanunsuz narkotik dövriyyəsinə qarşı həll yolu tapana qədər qüvvədə qalacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl "Time Warp” musiqi festivalında narkotik istifadə edən beş nəfər ölüb, daha beş nəfər isə xəstəxanaya yerləşdirilib.