adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2016 22:53
4124
SİYASƏT
A- A+

Helikopter qəzası 11 nəfərin həyatına son qoydu

Aprelin 29-da Norveçin Bergen şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
 
Adalet.az  xəbər verir ki,Stavanger Aftenbladqəzetinin məlumatına görə, xilasedicilər 11 nəfərin cəsədini tapıblar.

Helikopterdə olan sərnişinlərin dəqiq sayı məlum deyil. Bəzi məlumatlara görə, 13 nəfər olub. Onların arasında Britaniya, İtaliya və Norveç vətəndaşlarının olduğu bildirilir.

Cəsədlər həm suda, həm də quruda aparılan axtarışlar nəticəsində tapılıb. Axtarışlar davam etdirilir.