adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2016 19:02
3999
SİYASƏT
A- A+

“Sosial məsələlər uğurla həll olunur”

"Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”.
 
Adalet.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
 
Dövlət başçısı bildirib ki, ölkəmizin qüdrətinin artırılması istiqamətində işlər davam etdirilir: "İndi ənənəvi istehsal sahələrinin inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, indi Ağsu da daxil olmaqla, ölkədə pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Ağsunun sosial-iqtisadi inkişafı hər zaman diqqətdə saxlanılır və bu proses davam etdiriləcək”.