Neçə gündüağlımdan çıxmır. Elə,ilişib qalıb orda. Və mən də ağlımda ilişib qalan bu fikrin girovunaçevrilmişəm. Özü də girovluğun nə demək olduğunu az-çox bilə-bilə. Nə etməkolar? Görünür «ağıla gələnlər başa gəlir» deyənlər yanılmayıb. Bunu elə-belədemirəm. Deməyə əsasım, sübutum var. Belə ki…
Dövlət Universitetində təhsil aldığım illərdədünyanın bir nömrəli problemi, mətbuatın gündəlik diqqət yetirdiyi məsələFələstin idi. Demək olar ki,hər axşam Moskvanın «Zaman» xəbərlər proqramında elə o vaxtkı dövlətteleviziyamızın «Günün ekranı»ındə də daha çox Fələstindən ganışılırdı. Sözadamları daha çox Fələstindən, Kuba inqilabından yazırdılar. Mən də o illərdə«Fələstin qaçqınları» adlı bir şeir yazmışdım. Mövzu da fələstinli uşaqlar idi.Zaman keçdi, həmin o ürəyimin, ağlımın diktəsi ilə yazdığım şeirin gerçək mənzərəsini özdoğmalarımın timsalında, öz soydaşlarımın tərcümeyi-halında gördüm, izlədim, yaşadım. Ona görə də indiağlıma gələnlərin başıma gələcəyindən yaman qorxuram. Elə bilirəm ki, instinkt olaraq qəbul etdiyim informasiyalar, məni duyğulandıran məqamlar mütləq hərlənib-fırlanıb yenə qarşıma çıxacaq, yenə mənim həyatımda təcəssümolunacaq. Məhz bu səbəbdəndir ki, bütün ciddi-cəhdlə düşünməkdən, duyğulanmaqdan özümü qorumağa,uzaq tutmağa çalışıram. Bu isə mənə həm çox baha başa gəlir və həm də heçalınmır da. Ona görə ki, mən qəm çəkənəm. Suçəkən kimi harda olsa mütləq qəmiçəkirəm özümə, qəmə bələnirəm. Elə bil mayam qəmlə tutulub, xəmirim qəmlə yoğrulub. Bəlkə bu doğrudanda belədir. Amma hər nədisə narazı deyiləm, asi də düşmürəm. Ona görə ki,çiynimdə bir vətəndaş, bir insan, bir övlad yükü var. Və mən bu yükü gücümçatdığı qədər, ayağım yeridiyi məsafə boyu daşımalıyam, aparmalıyam. Necə ki,qarışqa yeriyir, necə ki, qarışqa daşıyır, mən də elə olmalıyam, elə etməliyəm.Axı, bu torpaq ürəyində gəzməyə, üzərindədayanmağa və üzərində özünü təsdiq etməyə verdiyi haqqında dəyərini gözləyir. İstəmir ha, tələb etmir ha,sadəcə gözləyir. Özü də adamın gözünün içinə baxa-baxa gözləyir. O yerə qədərgözləyir ki, axırda ondan bir çimdik gözlərə səpilir…
Hə, mən o, ağlımda ilişib qalan fikrin caynağındanqurtarmağın yolunun ip ucunu tapmaq üçün bircə ümid gələn ünvan tanıyıram. O dasözdü. Ona görə də sözün qapısına gedirəm, sözün qapısını döyürəm və sözdəntəsəlli almaq, sözdən yapışıb ağlımda ilişib qalan fikirdən qurtulmaqistəyirəm, xilas olmağa çalışıram. Osöz isə:
Sağlığın,varlığın dəyər ölçüsü,
Vətənsərhəddidir, Vətən bayrağı.
Uğrunda ölməyibacarmadıqsa,
Torpaq unudacaqVətən olmağı.
Hə, deyəsən biraz səbbim alındı, bir az nəfəsim genəldi. Dərindən nəfəs almaq, ətrafa bir azfərqli baxmaq istəyirəm. Çünki Sona Vəliyevanın bu misraları mənim o ağlımailişib qalan fikrin çözümü üçün ipucudur. Axı, mən əvvəldə dedim, ağlımagələnlərin başıma gəldiyini. Bax, indi də ağlıma butorpağın haqqını qaytarmaq, bu torpağın borcunu ödəmək və bu torpağı çiyindəvətən kimi qaldırıb saxlamaq hakimdi. Axı, sağ olmaq üçün, sağlamlıqarzulamaq üçün, sağlığa, sağlamlığa qovuşmaq üçün torpaq sözün böyük mənasındaVətən olmalıdı. Təkcə səni qidalandıran, səni üzərində mal-mülk sahibi kimiağına-bozuna baxmadan çapıb-talamaqdanözünə döndərən Vətən. Yəni özünün qonaq saymadığın, özünün müvəqqəti qonaqhesab etmədiyin Vətən. Axı, insan özünü torpağın üzərində daha çox qonaq sayırvə gəlimli-gedimli dünyada müvəqqəti olduğuna daha çox könül verir, fikir,diqqət ayırır. Və hətta ona beşgünlük də deyir. Amma nə olur-olsun beş günyaşayıb üzərində gəzdiyin torpağı vətən etməlisən, Vətən bilməlisən. Ondahəyata baxış da, çevrəndəkilərə münasibət də tamam fərqli olacaq. Ondabiləcəksən ki:
Ağlama, içimgöynədi,
Çəkə bilmərəm buyası.
Tanrı dataxtında təkdi,
Ağlama, şəhidbalası.
Hə, Sona xanımınkövrək misralarında əslində çoxqətiyyətli, çox ərkyana və çox da səmimi bir gerçəklik var. Bu gerçəklik mənəgörə şəhid balasının vətəni olan torpağa bizim baxışımızdı, bizim yanaşmamızdı.Çünki biz torpağı Vətənedən şəhidin övladının ağlamasına soyuqqanlı yanaşırıq. Bəzən o yaşı silmirikdə. Bax onda biz torpağı Vətənedə bilmədiyimizin yumuşaq desəm, xəcalətini çəkməliyik. Çünki torpağı vətənedən şəhidin qanı bahasına yaşayırıq, yeyirik, içirik, gəzib dolaşırıq. Ammavuruşmaq barədə, qazi olmaq haqqında düşünmək ağlımızdan gəlib keçmir. Eh, nəisə…
***
Bəli, hər birinsanın iç dünyası var. Onun işığından asılı olmayaraq, həmin dünya mütləqmənada qapalı olur. Qapı-pənəcərəsiniheç kim görmür. Tanımır. O vaxta qədər ki, o adamın özü bu qapı-pəncərəni birbalaca açıq qoyur və yaxud onun nəfəsliyini qarşısındakının önündə açır. Bax, onda sən üzbəüz dayandığın adamın içinigörürsən və dərhal da az qala 360 dərəcə sürətlə ağlından bir sual gəlib keçir. Zaman-zamantanıdığın, gördüyün adam içini gördüyün adamdımı? İç dünyası ilə üzbəüzqaldığın adamdımı? Bax, həmin o sualın cavabı illərlə tanıdığın adamın gördüyüntərəfi ilə üst-ütə düşəndə rahatlanırsan. Vay onda olur ki, iç dünyasınıgördüyün adam illərlə tanıdığın adamdan yerlə göy qədər uzaq olur. O uzaqlıqelə həmin andan səni də indicə içini gördüyün adamdan uzaqlaşdırmağa başlayır.Uzaqlaşa-uzaqlaşa da ayırdığın, itirdiyin, həsr etdiyin, qurban verdiyin, dahanələr, nələr hamısı bir xatirə lenti kimi çözələnir. İçində nələr qırılır, içində nələr ölür…
Hə, bu təsviretdiyim mənzərənin yaxşı tərəfi də var. Yəni Mövlanənin dediyi kimi, iç və çölün üst-üstə düşdüyüməqam. Mən o məqama qayıdıram, fikrimi o məqama kökləyirəm. Çünki tanıdığım, mənə doğma biradamın daşıdığı vəzifə, seçdiyi peşə məni buna kökləyibdi. Belə baxanda çoxsadə, necə deyərlər, çəlimsiz bir cavandı. Hətta zarafatla qohum-əqraba deyirki, külək bərk əssə onu götürüb apara bilər. Amma bu adam bu çəlimsiz canıyla,o bir dəri, bir sümük olan vücuduyla bu torpağın üstündə elə bir işin qulpundanyapışıb ki, bəlkə də onun bu işlə məşğul olduğunu yüzə yüz bilməyənələreşitsələr inanmazlar. Amma bu bir gerçəkdi, bu bir həqiqətdi. O, nişançıdı.Səngərin müxtəlif yerlərində görmək olur onu. Və hər dəfə də mən ondansoruşanda çox təmkinli bir şəkildə özünəməxsus təbəssümü ilə məni elə yolaverir ki, heç ruhum da incimir. Harda xidmət keçdiyini, hansı silahdan istifadəetdiyini demək olar ki, özündən və komandirindən başqa bilən yoxdu. Amma mənbilirəm ki, o nişançıdı və onu da bilirəm ki, bu sakit təbiətli və son dərəcənecə deyərlər, qartal baxışlı oğlanın heç tələsməklə,heç əsəbləşməklə, lap belə özündən çıxmaqla işi yoxdu. Yerişi də adidi,söhbətləri də, hərəkətləri də. Bircə baxışından başqa… bircə diqqətindən başqa…
Bax, mən onunvurğuladığım son cizgisini ağlımda, ürəyimdə çox vərəqləmişəm. Oxuduğumkitablarla, baxdığım filmlərlə, hətta internet imkanlarıyla da müqayisələr aparmışam, araşdırmalar etmişəm. Vənəhayət, birmənalı şəkildə anlamışam ki, nişançı səhv etməməlidir… nişançı tələsəməlidir… nişançı tərəddüdetməməlidir… nişançı əsəbləşməməlidi… və nişançı özünü idarə etməyibacarmalıdır. Çünki o, həm də nişangahdı! Onun özü, mərmisi, atəşi birdi. Hərşeyi bir mərmi, bir atəş həll edir. Problem bir mərmiylə, bir atəşlə aradan qaldırılır.Və yaxud, bir atəş, bir mərmi nişançını nişangah edir!..
Deməli, bütün buyazdıqlarımın mənə etdiyi təsir, məni öz aurasında saxlamağı həmin o, əvvəldə dedyim, o ağlımda ilişib qalanfikirdən qaynaqlanır, fikrin təsir gücüdü.Ona görə də mən özüm də sözün həqiqi mənasında hiss etmədən o düşüncələrimisralara çevirdim və gördüm ki:
Dayanıb səngərdəgözü hədəfdə,
Sıxıb əsəbinidırnağı, dişi.
Dözümdü,təmkindi, bir də sərrastlıq,
Nişançı olanınbirinci işi.
Mərmi bir, hədəfbir, atəş də birdi…
Şansı qaçırandaözü vurulur.
Talehi, məqsədiatəşdən aslı,
Həyatı bir mərmiüstə qurulur…
Sakit görkəmiyləqartal baxışı,
Bəlkə dətəzaddı, bəlkə də sirdi.
Nişançı olanınnişangah olmaq,
Şansı da həmişətəəssüf ki, birdi!..
***
Yazdığım bumövzunun baş qəhrəmanı Vətəndi. Və bu vətənin də bir yarası var. O da işğalolunmuş torpaqlarımıdı. Deməli, o yara bizim hər birimizin gözünün önündədi,canındadı, ürəyindədi, ağlındadı. Mən bu fikri tam qətiyyətlə deyə bilmirəm.Ona görə ki, torpağın vətən olması üçün nəyin əsas şərt olduğunu biz hamımız hələlik birmənalı qəbul etməmişik… bizhamımız özümüzü o həqiqətə, o şərtə kökləməmişik, inandırmamışıq. Ona görə dəbir az ehtiyatla və daha çox da öz adımdan danışıram, yazıram. Üstəlik,qəmçəkən olduğumdan qəmli adamlar da daha çox mənim qarşıma çıxır, daha çoxonlarla görüşürəm, bir yerdə oluram. Lap elə son iki-üç gündə övladı, valideynişəhid olmuş bir neçə soydaşımızla həmsöhbət olmuşam. Onların sifət cizgilərinitəkcə gözələrimə yox, həm dəürəyimə köçürmüşəm. Amma gözlərinə baxa bilməmişəm. Çünki o gözlərdəki ifadələryazıya gəlmir, misralaraoturmur, sığışmır. Və mən də həmin omisralara sığışmayan ifadələrin məni də mühakimə etdiyini anladığıma görə,gözlərimi o baxışlardan gizlətməyə də çalışmışam. Axı, onlar bu torpaqda, yənivətən etdikləri torpaqlarda daha böyük haqq sahibidilər… daha böyük etiqada, diqqətə, sevgiyə, qayğıya,təsəlliyə ehtiyacları var. Və bütün bunlar həmin o şəhid övladlarının, şəhidvalideynlərinin yazılı və yazılı olmayan qanunlarla qismətlərinə, talelərinəçıxmış bir haqdı. Özü də böyük hərflərlə yazılan HAQQ!!!
Hə, indisəngərdə ağır silahlar dillənir…danışır… torpağı göyə sovurur… can alır… ev viran qoyur. Bütün bunlar hamımızınbildiyi və hamımızın hər gün eşitdiyi xəbərlərdi. Az qala artıq biz buxəbərlərə alışırıq, onları eşitməyə vərdişkar oluruq. Bax, mənim qorxduğumməqamlardan biri də vərdişkar olmaqdı. Əgər biz düşmənin törətdikdərinəalışsaq, vərdişkar olsaq, çətin olacaq. Ona görə torpağı vətən etməliyik.Vərdişlərdən, vərdişkarlıqdan qurtulub silahdan yapışmalıyıq. Lap nişançıdannişangaha çevrilsək də. Və…
Və bir də bizaxı tək deylik! Biz minlərlə, milyonlarlayıq! Və biz həm də BİZ olmağıbacarırıq! Bunu sübut da etmişik! 20 Yanvarda da, elə aprelin ilk günlərində də!..