adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2016 17:20
14502
MƏMLƏKƏT
A- A+

“Müharibəsiz dünya, Sağlam həyat” - Fotolar

28 aprel 2016-cı il tarixində Suraxanı rayonundakı şəhid Ə.Eyvazov adına 275 saylı tam orta məktəbdə keçirilən " Müharibəsiz dünya,Sağlam həyat "mövzusunda olduqca maraqlı musiqili ədəbi-bədii kompazisiya böyük diqqət və maraqla qarşılanıb.

Rayon məktəblərinin şagirdlərinin iştirakı və təmsilçiliyi ilə hazırlanmış ümumrayon tədbirinə Bakı Şəhər Təhsil İdarəsi ,Suraxanı RİH,YAP təşkilatı,Respublika Bilik Fondunun 33-cü polis bölməsinin nümayəndələri,rayon məktəblərinin rəhbərləri,şəhid ailəsi ,geniş ictimaiyyətin və mətbuatın numayəndələri dəvət olunublar.

Məktəbin zövqlə bəzədilmiş və tərtib olunmuş, adamla dolu akt zalının səhnəsində pərdənin açılışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Azərbaycan Himnini səsləndirdikdən sonra aparıcılardan biri –Cavid qonaqları salamlayaraq onlara xoş gəldin dedi və daha sonra tədbiri açıq elan edib.

Digər aparıcı Nəzrin isə çıxışa ümummilli lider Heydər Əliyevin oforizm kimi işləməkdə olan " Bizim xalqımız qəhrəman ,mərd, sülhsevər,dözümlü,döyüşkən,özünü müdafiə edə bilən xalqdır "sözləri ilə başladı və və paralel olaraq səhnədə Heydər Əliyevlə bağlı video görüntü canlandırıldı.Müharibə dəhşətləri ,onun uşaqları kənd və şəhərləri xarabazara çevirməsindən söhbət açıb.

Ümummilli lider H.Əliyevin "Azərbaycan " şerini söyləməsinin canlı görüntüləri sürəkli alqışlarla müşayiət olundu və hər kəsi riqqətə gətirdi.Bunun ardınca məktəbli qızlar səhnəyə daxil olaraq,əllərində bayraq uşaqlaın sülh,əmin-amanlıq arzularını ifadə edən şeirlər,o cümlədən " Şəhid anası ",S.Rüstəmin " Ana " şerini səsləndirdilər.

Qaçqın uşaqların həyat faciəsi, yaşayış hüququndan məhrum olanları,yurd-yuvalarından didərgin salınmaları,lakin Vətən torpağının tezliklə düşmən tapdağından azad olunacağına sonsuz inam ifadə edən fikirlərin səslənməsinin ardınca kamanın müşayəti ilə " Sarı gəlin " xalq mahnısının sədaları salonu bürüdü.

Aparıcılar müharibə,Qarabağ ağrısı ilə bərabər narkomaniya bəlasının da günün ən aktual problemlərindən birinə çevrildiyinə diqqəti yönəltdilər.Narkomaniyanın törətdiyi faciələrdən bəhs edən sənədli film və şagirdlərin ifasında atası cəbhədə döyüşən yeniyetmənin narkotik aludəçisi olması, ana və bacının keçirdiyi iztirablar " dərman- narkotik " almaq üçün hətta atasının yadigarı olan saatı belə satması tədbirin ən ağrıli təsirli məqamlardan biri kimi yaddaşlara həkk olundu…

Aparıcılar bugün cəbhədə gedən uğurlu döyüşlərdən söhbət açaraq ön xəttə olanlar sırasında qürurla 275 saylı tam orta məktəbin nümayəndələrinin olduğundan fəxarət duyduqlarını bildirdilər və bunun ardınca 275 saylı məktəbin məzunu olan zabitin televiziyaya müsahibəsində düşmənə qaşı keçirilən uğurlu əməliyyatdan danışarkən doğma məktəbə,sinif rəhbəri Şölə xanıma salamlarını göndərdiyi anlar görüntülənərkən salon növbəti dəfə alqış sədalarına büründü.

Məktəbli şagirdlərin Azərbaycan əsgərinə həmrəyliyini ifadə edən çıxışlarda alınan torpaqlarımız sırasında Şuşanın ,Xankəndinin və digər zəbt olunmuş ərazilərimizin də daxil olacağına çox az qaldığına dərin inam ifadə edən fikirlər səsləndirildi.Məktəblilərin də döyüşə hazır olduqları qürurla ifadə olundu.

Ali Baş Komandanın ordu quruculuğu sayəsindəki uğurlarından,ordumuzun qələbə əzmindən danışıldı.H.Əliyevin ordu və ordu quruculuğu ilə bağlı fikirlərini ifadə edən canlı görüntülərdən fraqmentlər göstərildi.

Gitaranın müşayiəti ilə "Vətən sağ olsun " əsgər mahnısının ifasından sonra əsgər paltarı geymiş oğlan və qızlar səhnənin qarşısında sıralanır.Arxa sırada düzülmüş məktəbli formal həmyaşıdları ilə birlikdə ifa etdikləri əsgər marşı ürəklərə nüfuz edir”.Cənab leytnant "hərbi mahnısı oxunarkən Şəmistan Əlizamanlının da görüntülü səsi salonu bürüyür.

Müslüm Maqamayevin ifasında məşhur " Azərbaycan " mahnısı səsləndirilir.Öz ifaları və göstərdikləri səhnəciklərlə məktəbin şagirdləri Aytac,Mikayıl , Züleyxa və başqaları dinləyicilərdə xoş bir təssürat yaratdılar.Bundan sonra məktəbin direktoru,pedaqoqika üzrə fəlsəfə doktoru Elmira İsmayılova tribunaya qalxaraq musiqili, ədəbi-bədii kompozisiyaya dəvət olunmuş qonaqları salamladı.Şagirdlərin iştirakçılara qürur hissi yaratdiqlarını bildirdi.Ümummilli lider H.Əliyev azerbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı,dövlət başçısı İ.Əliyev cənablarının Azərbaycanı qüdrətli bölgə dövlətinə çevrilməsi istiqamətindəki yorulmaz fəaliyyətinə diqqət çəkdi.Ordumuzun bir neçə günlük uğurlu əməlyyatı ilə düşmənə nəyə qadir olduğumuzu sübüt etdiyini,torpaqlarımızı tezliklə geri almağa hər an hazir olduğunu bildirir.

Sonra isə Suraxanı RİH-nin nümayəndəsi Rəşid Məmmədov bu gün məktəbin,müəllimin hər bir pedaqoqun üzərinə çox böyük məsuliyyət düşdüyündən danışdı,müharibə-narkokomaniya mövzusunda məsləhət və tövsiyyələrini verdi.Kollektivə şagirdlərə öz minnətdarlığını bildirdi.

Suraxanı Rayon Polis İdarəsinmin 33 saylı polis bölməsinin rəisi polis polkovnik leytenantı Tuncay Abbasov öz çıxışında maraqlı faktlar səsləndirdi.Bu günədək dünyada 14 mindən çox müharibənin aparıldığı və bunun 3 milyarddan çox insan itkisi ilə nəticələndiyini,bu sırada mülki şəxslərin sayının getdikcə artdığını konkret misallarla əsaslandırdı.

Bu sırada minaya düşənlərin xüsusi ilə üstünlük təşkil etməsindən təəssüflə söhbət açdı.Təkcə 500 min insanın silahlanma sahəsində əmək ,elmi-texniki fəaliyyətə cəlb olunmasının çox böyük rəqəm olduğunu,gələcəkdə daha böyük faciələrə yol aça biləcəyi təhlükəsinə diqqət çəkdi.

Müharibəsiz dünyaya ümidlərin çox az olmasından təssüfləndiyini bildirdi.Sagirdlərə cins paltar geymək və kokakola içkisindən uzaq olmaqı tövsiyyə etdi.

Rayon Əmək və Müharibə Veteranlar Şurasının sədr müavini Müseyib Bağırov usaqlara minnətdarlığını bildirərək ,erməni vəhşiliyindən,vətənsizliyindən,torpaqlarımızın tezliklə azad olunacağına əminliyindən danışdı.

E.İsmayılova məktəbin adını daşıdığı şəhid Ə.Eyvazovla qürur duyduqlarını ifadə edərək ikinçi oğlu da vətən yolunda şəhid olmuş Əminə ananın da tədbirdə iştirak etdiyini,onun qarşısında

baş əydiklərini ifadə etdi.Daha sonra isə tədbirin təşkilatçılarından Bilik Fondunun nümayəndələri Ramilə Qurbanova və Xatirə Hüseynova çıxış edən istedadlı şagirdlərə və rəsm əsərlərinə görə fərqlənən məktəblilərə fondun mükafatlarını təqdim etdi.

Bakı Təhsil Şöbəsinin nümayəndəsi F.Əhmədov yekun nitqi ilə çıxış edərək tədbirdən xoş təəssuratla ayrıldığını bildirərək kollektivə uğurlar dilədi.

Tahir Abdulov