adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2016 17:02
3167
MƏMLƏKƏT
A- A+

Brent nefti apreldə 22% bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar artaraq 46,43 dollar təşkil edib.

 ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar artaraq 48,19 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da hasilatın azalmasıdır. Belə ki, ABŞ-ın Energetika Nazirliyin açıqladığı statistikaya əsasən, ölkədə gündəlik neft hasilatı 15 min barrel azalaraq 8,94 mln. barrelə çatıb. Bu göstərici dalbadal 7 həftədir azalma nümayiş etdirir.
Yeri gəlmişkən, Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.