adalet.az header logo
  • Bakı 20°C
29 Aprel 2016 16:50
3185
MƏMLƏKƏT
A- A+

AMEA-da struktur dəyişiklikləri təsdiq olundu

AMEA-nın illik ümumi yığıncağında akademiyada struktur dəyişikliklərinin edilməsi ilə bağlı təkliflər qəbul edilib. Adalet.az-ın məlumatına görə, yeni dəyişikliklərə əsasən, Aqrar bölmənin tərkibində fəaliyyət göstərən Eroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adı altında fəaliyyət göstərməsi məqbul sayılıb.

 

Digər qərara əsasən, AMEA-nın İctimai Elmlər bölməsində hüquq sahəsi ilə iki institut məşğul olduğundan, Fəlsəfə, hüquq və İnsan hüquqları institutlarının hüquq hissəsi İnsan hüquqları institutuna birləşdirilib. Beləliklə, Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə, İnsan Haqları İnstitutu isə Hüquq İnstitutu adı altında fəaliyyətinə davam edəcək.