adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Aprel 2016 16:30
9963
ELM VƏ TƏHSİL
A- A+

“Yaz həyəti” - Foto

Azərbaycan Dillər Universitetinin tələbələri Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və "Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən "Yaz həyəti" layihəsi çərçivəsində universitetin hər üç binasının, o cümlədən yataqxanasının həyətində ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstərdilər. İməcilikdə, həmçinin ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, fakültə dekanları, universitet heyəti iştirak edirdi.

"Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 ümumi təhsil müəssisəsini əhatə edir.

Layihə çərçivəsində təhsil müəssisələrinin həyətyanı sahəsinin təmizlənməsi, yeni yaşıllıqların salınması, ağacların gövdələrinin ağardılması kimi işlər nəzərdə tutulub.

Mayın 1-də başa çatacaq layihə çərçivəsində görülən işlər qiymətləndiriləcək, Təhsil Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən layihənin qalibi müəyyənləşdiriləcək.