adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2016 15:21
3645
MƏMLƏKƏT
A- A+

AMEA-nın 1700 ha torpaq sahəsi ermənilərin işğalı altındadır

"Hazırda Azərbaycan Milli Elmlər Akademiyasına 4 min hektar torpaq sahəsi məxsusdur. Ondan 1700 hektar torpaq sahəsi ermənilərin işğalı altındadır”.

 

Adalet.az-ın məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

 

 

A. Əlizadə bildirib ki, akademiyaya məxsus torpaqların bir qismi vaxtilə müxtəlif yollarla zəbt olunmuşdu. Bu torpaqlar prezident İlham Əliyevin dəstəyi sayəsində geri qaytarılıb: ”Hazırda 2300 hektara yaxın torpaq sahəsi akademiya tərəfindən istifadə edilir. Həmin ərazilərdə xüsusi əkin sistemi yaratmışıq, müəyyən sınaqlar həyata keçirilir”.